narşərab

Narşərabın bilinməyən faydaları

Baxış sayı: 2. 124

Nardan insanlar hələ qədimlərdən müalicəvi məqsədlər üçün istifadə ediblər. Onun faydası içindəki dənələrin sayından çoxdur. Narın hətta qabıqları da min bir dərdə dərmandır.

Təsadüfi deyil ki, Azərbaycanda qədim zamanlardan bəri salatlara, balıq və ət yeməklərinə dad vermək üçün nardan sous hazırlanır. Narşərab adlanan bu sous xüsusən də kabablara əla dad verir. Narşərabın sayəsində yeməklərin yüngül turşməzə dadı olur.

Bəs narşərab orqanizm üçün nə dərəcədə faydalıdır?

Narşərab da meyvənin özü qədər faydalıdır. Narşərab həzm prosesinə kömək edir. Buna görə də çox zaman pəhriz saxlayan insanlara tövsiyə olunur.  Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir.

Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qədər yeyildikdə toxluq hissi yaradacaq. Gündə 3 dəfə yeməkdən əvvəl yeyildikdə ayda orta hesabla 5 kq. qədər arıqladır.

Həmçinin sinqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. O zəifləmiş orqanizmi möhkəmləndirir və susuzluğun qarşısını alır.

Nar şirəsinin tərkibi çox yüksək miqdarda antioksidantlarla zəngindir. Bundan başqa, o yüksək miqdarda C vitamini, meyvə turşuları, vitaminlər və insan orqanizmi üçün faydalı olan başqa maddələrlə zəngindir.

Huşunu itirənlərə də nar şərbəti və ya narşərab içirilir. Şirin nar suyu səs batması və sətəlcəmə qarşı çox şəfalıdır.

Narşərabın zərərləri nələrdir?

Nar şirəsi, narşərab mədə yarası, qastrit, qəbizlik, babasil və mədə şirəsinin yüksək turşluq dərəcəsindən əziyyət çəkən insanlara məsləhət deyil. Həmçinin narşərab hamilə qadınlara və həzm yolunun xroniki xəstəliklərindən əziyyət çəkənlərə zərərlidir.

Hətta sağlam insanlar bilməlidir ki, nar şirəsində turşu çox olduğu üçün o mədəni qıcıqlandırır və diş minasına pis təsir edir.

Narşərab necə hazırlanır?

Əvvəlcə narı təmizləyib dənlərini iri qazana tökün. Qazanı oda qoyub, vaxtaşırı qarışdıraraq nar dənələrini əzmək lazımdır. Bu zaman taxta qaşıqdan istifadə etməyiniz məsləhətdir, çünki nar turşusunun metal cihazlarla reaksiyaya daxil olma ehtimalı yüksəkdir. Dənələrdən ayrılmış tumlar ağaranda artıq odu söndürə bilərsiniz. Şirəni süzüb təkrar oda qoyun. Şirənin yanmaması üçün vaxtaşırı qarışdırın. Şirəni tam qatılaşana kimi qaynatmaq lazımdır. Hazır olana yaxın odu söndürüb qarışığın üzərinə bir az duz əlavə edin. Hazır narşərabı soyuq yerdə saxlamaq lazımdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir