Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir. Rusiyalı psixoloqların düşüncələrinə görə, hər bir sahədə uğurlu olmaq istəyirsinizsə, onda həyatınızın aşağıda göstərilən meyarlara görə qurmalısınız.
Nümunəvi tərbiyə almaq
Həyatda uğur qazanmaq üçün nümunəvi , ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaqdan əlavə, çox böyük şərtlərdən biri stimuldur.
Möhkəm ailəyə sahib olmaq
Uğura doğru yönələn hər bir insanın möhkəm, sağlam anlayışlı, güzəştə gedə bilən, etibarlı, problemsiz ailənin üzvü olmaq da şərtdir. Burada kişi-qadın münasibətləri də vacib detaldır. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi başlıca rol oynayır.
Yüksək səviyyəli təhsil ala bilmək
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma ali təhsil uğur etalonudur. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universitet mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.
Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib heçnə mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Yaxşı əhatə dairəsinə malik olma
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığınız mənzili, avtomobiliniz, qarderobunuzu ara-sıra dəyişdiyiniz kimi lazımi anda və lazımi məqamda ətrafınızıda dəyişməniz çox vacibdir.
Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti
Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Peşə seçəndə mütləq qəlbinizə qulaq asın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
Məqsədyönlü olmaq
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqlardan qorxmamalıyıq.
Özünəinam mütləqdir
Özünəinam insanın hər şeyə nail olacağına qəti əminliyidir, ən çətin vəziyyətdə, ən ağır şəraitdə özünə güvənməsidir.
Samirə Tağıyeva