yemek

Məşhurların qəribə yemək vərdişləri

Baxış sayı: 513

Bill Qeyts

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts yuxudan oyanandan dərhal sonra, hətta səhər yeməyi yemədən öncə idman zalına gedir.

Buna baxmayaraq, “Microsoft” şirkətinin təsisçisinin qida rasionu bir çox zərərli qidalardan ibarətdir. Dietik “cola”nı  sevən Qeyts  gündə 3-4 banka bu içkidən içir. Səhər yeməyində isə  o, şokoladlı dənəciklər yeyir. Nahar edərkən isə çizburger yeməyə üstünlük verir. “Bill Gates Foundation” şirkətinin direktoru Co Serrellin sözlərinə görə, Bill Qeytsin qonağı olan və onunla nahar edəcək insan vəzifəsindən asılı olmayaraq mütləq çizburger yeməlidir. Bu, Billin qoyduğu qəribə qanunlardan biridir.

 

Cek Ma

Çinin ən varlı iş adamı, “Alibaba Group”un sahibi, 40 milyard dollar sərvəti olan Cek Ma səhərlər  gimnastika, meditasiya və digər məşqlərlə  gününü başlayır. O, nəinki öz gündəlik rejimi ilə digərlərindən seçilir, həmçinin özünəməxsus yemək vərdişləri ilə də tanınmaqdadır. Yalnız ekoloji cəhətdən təmiz olan qidalara üstünlük verən iş adamının düşüncələrinə görə bu yeməklər onun “aura”sını da təmizləyir.

 

Nikolas Keydg

Sən demə, məşhur aktyor Nikolas Keydgin çox maraqlı, eyni zamanda, bir çoxlarını şoka salacaq qədər maraqlı yemək vərdişi var.  O,  bir restoranda ət sifariş vermədən əvvəl, heyvanların necə cinsi əlaqədə olduğunu təsəvvür edir. Onun  fantaziyalarında  bu proses estetik cəhətdən mükəmməl görünürsə, aktyor məhz  bu heyvanların ətini sifariş edir. Məsələn, aktyor donuzların iyrənc şəkildə cütləşdiyini düşünür və buna görə də donuz ətini heç sevmir.

 

Elvis Presli

Məşhur ifaçı Elvis Presli isə yeməyinə  çox diqqət edirmiş. Deyilənə görə, Elvis mətbəxində işləyənlərin 24 saat iş başında olmasını tələb edər, hətta mütəmadi olaraq. Kameralar vasitəsi ilə aşbazların mətbəxdə nə iş gördüklərini izləyirmiş.İfaçının yeməklə bağlı tələblərindən biri də o idi ki, yediyi hər bir  loxma ağıza atıla biləcək ölçüdə olmalıdır.

 

Ancelina Coli

Məşhur aktrisa Ancelina Coli də qəribə və eyni zamanda, maraqlı yemək vərdişləri ilə seçilən məşhurlar sırasındadır. Belə ki, müxtəlif Afrika ölkələrinə səyahət edən aktrisa orada müxtəlif  böcəkləri yeməyi vərdiş edib.  Deyilənlərə görə,o, gün ərzində çeşid-çeşid böcəklərdən hazırlanmış yeməklər yeyir.

 

Ferci

Fərqli hərəkətləri ilə digər məşhurlardan seçilən müğənni Ferci  bir reportajda hər gün alma sirkəsi içdiyini qeyd etmişdi. Aktrisa qeyd edir ki,  Kleopatranın incə qalmasına kömək edən məhz bu məhsuldur. Yeri gəlmişkən, Megan Fox da alma sirkəsini sevir və onun düşüncələrinə görə, o, beləliklə özünü formada saxlayır.

YEMEK

Mark Zukerberq

“Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq, bir çox insanlar kimi, yuxudan oyandıqdan sonra qaçışa gedir. Daha sonra gümrahlıq gətirən bir fincan qəhvə içir və həmin gün geyinəcəyi geyimi seçir. Demək olar ki, onun qarderobu oxşar köynək, ayaqqabı və şalvarlardan ibarətdir. Mark əmindir ki, insanlar geyim seçiminə ayırdıqları vaxtı daha faydalı işlərə sərf edə bilərlər.

“Facebook”un rəhbəri Mark Zukerberq üçün  səhər yeməyində nəyin yeyilməsinin elə də əhəmiyyəti yoxdur.  O, xırda şeylərə vaxt itirməyi sevmir.  Bunu da əlavə edək ki, Zukerberqin özünəməxsus saxladığı  pəhriz var. Əsasən də 2011-ci ildən bəri Mark  özünün ovladığı heyvanları qida rasionuna daxil edir. Onun gündəlik rasionuna keçi, donuz, quş, həmçinin xərçəng əti daxildir. Yeri gəlmişkən, o  bu qəribə vərdişini “Facebook”da şəxsi səhifəsində də paylaşmışdı. Heyvanlara qarşı etdiyi belə rəftar, əlbəttə ki, bir çox istifadəçilərdə ona qarşı nifrət oyatmışdı.

 

Cek Dorsi

Cek Dorsinin də qəribə qidalanma vərdişləri var. “Twitter”in rəhbəri iş günü ərzində bir dəfə yemək yeyir. Həftə sonları isə Cek Dorsi  demək olar ki, ac qalır. Dorsinin əsas yemək saatları 18:30 və 21:00 arasında baş tutur. Əsasən o, balıq, steyk, toyuğu tərəvəz salatı ilə yeyir. Desertdə isə moruq və tünd şokolada üstünlük verir. “Twitter”in rəhbəri iddia edir ki, belə qidalanma ona “ağılının itiliyini” saxlamağa kömək olur.

 

İlon Mask

“Tesla”və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask demək olar ki, həftədə 80-90 saat işləyir və   gün ərzində yeməyə elə də əhəmiyyət vermir. Mühəndisin sözlərinə görə, o, adətən nahar etmir. Amma əgər nahar edərsə, onun yeməyi yalnız şokolad və kofedən ibarət olur. Gərgin keçən iş həyatına görə, səhər yeməyinə belə vaxt ayıra bilmədiyinə görə də şokolad yeyən Musk, həmçinin  gündə 8 qutu şəkərsiz “cola” içir. Qeyd edək ki, işgüzar görüşlər zamanı  o yeməyini  beş dəqiqə ərzində yeyir. Onun sözlərinə görə, “Bu, çox da faydalı deyil”. Onun şam yeməyi isə çox vaxt işgüzar tədbirlər ilə üst-üstə düşür. İlon Mask deyir ki, belə tədbirlərdə o daha çox, hətta iki nəfərin yeməyini yeyir.

 

Hillari Klinton

ABŞ siyasətçisi Hillari Klinton maraqlı yemək vərdişləri ilə seçilən məşhurlar sırasına daxildir. O,  gün ərzində jalapeno bibəri yeməyi çox xoşlayır. Bu barədə  bir müddət əvvəl Klintonun komandasında işləyən bir məsləhətçi söz açıb.
Onun sözlərinə görə,  Hillari Klintonun  stolunda həmişə  jalapeno bibəri ilə dolu bir boşqab olardı. Bunsuz onun nəinki bir günü, hətta bir dəqiqəsi belə  olmazdı. Hillari bibərləri kartof çipsi kimi yeyərdi. Deyilənə görə, Hillari  1992-ci ildən bəri  immunitetini gücləndirmək üçün bu bibəri yeməyə başlayıb.

 

Stiv Cobs

“Apple”in mərhum rəhbəri Stiv Cobs da öz qəribə yemək vərdişləri ilə məşhur idi. Hərdən onun həftə içində yedikləri  yalnız bir-iki məhsuldan ibarət idi. Qalan məhsullara isə demək olar ki, əhəmiyyət vermirdi. Məsələn, bir həftə  o yalnız alma və yaxud  kök yeyirdi. Belə qidalanmanı o, özünün tərtib etdiyi pəhriz adlandırırdı. Bundan başqa, Cobs bitkilər ilə qidalanmağı da çox sevirdi. “Apple” şirkətinin təsisçisi deyirdi ki, məşhur veqan pəhrizi ona bədənini pis iylərdən qorumağa kömək edirdi. Məhz buna görə də o, əlavə ətirlərdən istifadə etmirdi, yalnız hərdən vanna qəbul edirdi. Bəzən Cobs heç nə yemirdi və deyirdi ki, aclıq ona “eyforiya və ekstaz” hissini yaşadır.

 

Haq Hefner

“Playboy”un rəhbəri Haq Hefner isə məclislərə gedərkən  belə yalnız evində bişən yeməkləri yeyirmiş. Belə ki, Hefner hara gedirsə, özü ilə yemək daşıyırmış.

 

Rene Zelveqer

Həyatı boyunca Rene Zelveqer artıq çəki ilə mübarizə aparmaqdadır. Bu müddət ərzində bir çox fərqli pəhriz  növlərini sınaqdan keçirən  aktrisa yalnız özünəməxsus bir pəhriz seçdi.

Qeyd edək ki,  aclıq güc gəldiyi zaman aktrisa buz yeyir. Qeyri-adi yemək vərdişi ilə fərqlənən  Renenin dondurucusu hər cür   buz qəlibləri ilə doludur.  O,   yalnız suyu deyil, həm də şirələri, limonadları da  dondurur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir