Nermine  Abbasova

Təzyiqin qalxma səbəbləri hansılardır?

Baxış sayı: 1. 026

Arterial təzyiqin qalxması çox yayılmış pozulmadır. Bir çox insanlar təzyiqin qalxmasına qeyri-ciddi yanaşır.

Lakin nəzərə almaq lazımdır ki, arterial təzyiqin tez-tez qalxması çox ciddi simptomdur.

Arterial təzyiqin qalxması ürəyə olan gərginliyi artırır, damarların vəziyyətinə çox mənfi təsir edir. Yüksək təzyiq əsasən ürəyə, beyinə, böyrəklərə, gözlərə, aşağı ətraflara “vurur”, bu orqanlarda müxtəlif və çox ağır pozulmalara səbəb olur. Yüksək təzyiq insult və infarktın əsas səbəbidir.

Beləliklə, özünüzdə təzyiqin tez-tez qalxmasını müşahidə edirsinizsə, buna etinasız yanaşmayın, həkimə müraciət edin. İlk növbədə təzyiqin qalxmasının səbəbi təyin olunmalıdır. Bu səbəbdən asılı olaraq xəstəyə müalicə, pəhriz və s. təyin oluna bilər.

Tezyiq

Arterial təzyiqin qalxması müxtəlif səbəblərə görə baş verə bilər. Bu səbəblər arasında:

– Ürək-damar sistemi xəstəlikləri.

– Xroniki streslər, nevroz.

– Xroniki yorğunluq, yuxunun az olması.

– Azhərəkətli həyat tərzi.

– Düzgün olmayan qidalanma. Qidalanmada çoxlu duzlu, yağlı qidaların olması.

Spirtli içkilərin qəbulu, siqaret çəkmək.

Artıq çəki, piylənmə.

Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzilərin, qalxanvari vəzinin xəstəlikləri).

tezyiq

Aterial təzyiqlə olan problemlər irsiyyətlə bağlı ola bilər. Bu səbəbdən əgər sizin yaxın qohumlarınız arasında bu pozulmadan əziyyət çəkənlər varsa, öz sağlamlığınıza qarşı daha diqqətli olun.

tezyiq

Nəzərə almaq lazımdır ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir simptomla büruzə vermir və insan uzun müddət ərzində onda olan pozulmadam bixəbər olur. Bu müddət ərzində təzyiq artıq “öz işini görür”. Bu səbəbdən hər bir evdə mütləq tonometr (təzyiq ölçmək üçün cihaz) olmalıdır və hər bir ailə üzvünün təzyiqi vaxtaşırı olaraq ölçülməlidir. Bu sadə qayda problemi vaxtında aşkar etməyə kömək edəcək.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




3 şərh “Təzyiqin qalxma səbəbləri hansılardır?

  1. Əntiqə Ağalarova

    Təşəkkürlər yazı üçün. Nərminə xanımı hər həftə izləyirəm. Bir həkim kimi öz işinin əhatə dairəsində müxtəlif mövzulara toxunur. Çoxyönlü yazıları üçün minnətdaram ona. Hörmətlə, Əntiqə

    Cavabla
  2. Naib Mehrəliyev

    ela yazidir. Bir cox tezyiq problemi olanlar faydali olacaq. Nece ki, menim ucun oldu. Ellerinize sagliq, beyninize quvvet Nermine xanim

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir