Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsi orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.
Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir.
Uşaqlıq dönəmindəsaatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsi orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür.
Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış, reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya, okp əlamətləri görülə bilər.
Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hər şeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir, çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir.
Psixoloq Aysu Əliyeva
Qələminiz iti, uğurlarınız bol olsun❣️
çox əla , uğurlar
Kaş bütün valideynlər oxuyub maariflənə..çox valideyn etdiyi səhvləri bilgisizlikdən edir çox təəssüf🤕
Maraqlıdır. Çox da toxunulmayan mövzudur. Maraqla oxudum. Uğurlar diləyirəm.
Coxdandir bu xanimi izleyirem/ Yaxsi meqaleler yazir
Əyani tanımasam da Aysu xanımın yazılarını oxuyuram. Həm anlaşıqlı, həm də bol informasiya ilə zəngin olur. Ümid edirəm ki, çoxlu ailələrin həyatına mayak olar. Uğurlar arzulayıram.