qumru E

Casusluq və onun cəzası – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 512

Casusluq — dövlət sirrini, hərbi sirri və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyətdir. Bütün ölkələrin qanunvericiliyində Casusluq təqib edilir. Məlumat sahibinin icazəsi olmadan gizli və ya gizli məlumat əldə etmək əməlidir. Casuslar agentliklərə gizli məlumatları açıqlamağa kömək edir. Hərhansı bir fərdi və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın xidmətində casusluq edə bilər. Təcrübə gizli olduqdan istəksizdir və bir çox hallarda qadağandır və qanunla cəzalandırıla bilər. Casusluq ictimai mənbələrdən məlumat toplayan bir metoddur. Düşmən (ya da potensial düşmən) haqqında məlumatları toplamaq üçün ən təsirli yollardan biri düşmən sıralarına girməkdir. Bu casusun (casusluq agenti) işidir. Casuslar düşmən qüvvələrinin ölçüsü və gücü ilə bağlı məlumatları verə bilər. Onlar həmçinin düşmən qüvvələri içərisində müxalifləri tapa bilib və onlara fərarilik etməkdə təsir edə bilərlər.

 

Bəs bu sözün mənası haradan yaranıb?

Casus sözü ilk dəfə olaraq Amerikalı yazıçı Ceyms Fenimor Kuperin əsəri olan “Casus və ya neytral ərazi haqqında” povestdən götürülmüşdür. İngilis dilində “The Spy: A Tale of the Neutral Ground, – adlanan bu povest yazıcı tərəfindən 1821-ci ildə nəşr edilmişdir. Bu romanın mövzusu da Amerika Birləşmiş Ştatlarının öz müstəqilliyi uğrunda apardığı müharibələr dövründən təsadüfən götürülməmişdir. Milli özünədərk, milli dövlətçilik ənənələri də elə məhz müstəqillik uğrunda aparılan müharibələr zamanında formalaşmışdır.

 

Azərbaycan qanunvericiliyində casusluq barədə nə deyilir?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsinə əsasən, casusluq dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama kimi başa düşülür. Əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilirsə, cəzası 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə müəyyən edilir. Lakin onu da qeyd etmək lazımdır ki, əgər casusluq cinayəti ilə birlikdə şəxs digər cinayətləri eyni zamanda törədərsə, o zaman cinayətlərin məcmusu halında cəza toplanaraq müəyyən ediləcək, yəni bu cəza üçün veriləcək cəzanın üzərinə digər cəzalar üçün də müəyyən edilmiş illər toplanmaqla yekun hökm çıxarılacaqdır.

Ümumiyyətlə, casusluq  sözü dedikdə təbiidir ki ilk ağlığıma xarici vətəndaşın Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı törətdiyi əməllər başa düşülür. Lakin casusluq həm xarici, həm də Azərbaycan Respublikasının vətəndaşı tərəfindən də törədilə bilər.

 

Məhkəmə praktikasında bu cür cinayətlər hansı cəzalarla yekunlaşır?

Ümumiyyətlə məhkəmə praktikasında, xüsusən də son illər ərzində casusluq maddəsi ilə başlanılan və məhkəmə hökmü olan müxtəlif maddələrlə də ittiham olunan təqsirləndirilən şəxslərə qarşı qaldırılmış işlərin şahidi oluruq. Onlardan ən çoxu təbiidir ki, Ermənistan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasının vətəndaşları ilə əlbir olaraq Azərbaycan dövlətinə qarşı etdiyi qanunsuz hərəkətlərini misal gətirmək olar. Bunlardan məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Azərbaycan Respublikasının dövlət sirrini təşkil edən və sair məlumatları Ermənistan Respublikasının xüsusi xidmət orqanına vermək məqsədilə toplayaraq casusluq etmiş, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş şəxs kimi cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu zaman məhkəmə həm məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən  şəxin ifadəsini, həm də ibidai istintaq zamanı vermiş olduğu ifadəsini müqayisələndirir və uyğunsuzluq yaranarsa, artıq hansının əsas götürülərək tətbiq edəcəyini özü müəyyən edir. Təbiidir ki, bu halda, istintaq materiallarına əlavə edilmiş sənədlər və videoyazılar əsasında məhkəmədə yenidən bunlara baxış keçirilməklə yekun qərar qəbul edilir. Ümumiyyətlə Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsas tutur və Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin mövcud olmasını müəyyən edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.

Qeyd etmək yerinə düşərdi ki, Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına daxil olunduğuna görə təqsirləndirilən şəxslərə cəza tətbiq edilərkən onların cəzasının çəkilməsi üçün cəzaçəkmə yerləri yalnız həbsxana müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun qeyd edilən tələbləri baxımından təqsirləndirilən şəxsə təyin ediləcək qəti azadlıqdan məhrum etmə növündə cəzanın bir hissəsini həbsxanada, cəzanın qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilir.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir