Cay

Sağlamlığımız üçün faydalı olan bitkilər

Baxış sayı: 451

Çobanyastığı

Sızanaq və ekzemaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri sakitləşdirmək və rahat  yuxu üçün faydalıdır.

Qanqal

Təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır.

Lavanda

Kompres və ya lasyon olaraq istifadəsi yaraların, çibanların müalicəsində müsbət nəticə göstərir. Qaraciyərin təmizlənməsinə kömək edir. Bu xüsusiyyəti ilə qaraciyər çatışmazlığı, hepatit B və C, sarılıq kimi xəstəliklərdə faydalıdır.

Gicitkan

Dəri xəstəliklərinin böyük hissəsinə, xüsusilə ekzemanı müalicə edir. Gicitkan saç tökülməsinin qarşısını alır, həmçinin dərinin yağlılığını aradan götürərək,  canlanmasına səbəb olur.

Kəklikotu

Kəklikotunun xaricdən  istifadəsi ağrıların azaldılmasına,mədə ağrılarına, yaraların və kəsiklərin qısa müddətdə sağalmasına kömək edir.

İhlamur

Dərini yumşaltma, təmizləmə və  dəridə meydana gələn qırmızı ləkələri yavaş-yavaş azaltmaq xüsusiyyətinə malikdir. Qeyd edək ki,saçı tökülən insanlar ihlamurdan istifadə edə bilərlər.

Tərxun

Tərxunu yarpızla birlikdə qaynadıb saçı yumaq saça həm parlaqlıq bəxş edir. Bu bitki  həm saçları uzadır, həm də onların tökülməsinin qarşısını alır. Tərxunu qaynadıb üzünüzü  yumaq məsləhətlidir,çünkü bu üsul  üz qırışlarını azaldır. Tərxunun suyunu içmək tərləmənin qarşısını alır, susuzluğu azaldır.

Uzaq yola dözməyib benzin iyindən ürəyi bulananlar özləri ilə tərxun götürüb yolda iyləməklə bunun qarşısını ala bilərlər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir