aşlı insanlarda tez-tez başgicəllənmə ateroskleroz və hipertoniyanın inkişafını göstərir. Lakin gənclərdə bu əlamət digər xəstəliklərin xəbərçisi ola bilər.
Bu sözləri “Подмосковье сегодня” onlayn nəşri ilə söhbətində baş həkim Mariya Belyaeva deyib.
Onun sözlərinə görə, tez-tez başgicəllənməsi qanda şəkər səviyyəsinin aşağı olmasının – hipoqlikemiyanın göstəricisidir.
“Bu simptom həm də anemiya və susuzluğu göstərə bilər. Bəzən dərmanlar da baş gicəllənməsinə səbəb ola bilər. Həmçinin başgicəllənmə qan təzyiqinin dəyişməsi, yuxusuzluq, narahatlıq və ya uzun müddət davam edən stress səbəbindən yaranır. Ürək-damar, sinir və endokrin sistem xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdırlar.
Başgicəllənmənin nevroloji simptomlarla birləşməsi xüsusilə təhlükəlidir: danışmaq çətinliyi, üzün və ətrafların uyuşması. Bu, yaxınlaşan insultun əlaməti ola bilər”, – Belyaeva bildirib.