hamile

Dünyaya uşaq gətirə bilməyən valideynlərə həkim məsləhəti

Baxış sayı: 555

Bir çox insan uşaq sahibi olmağın yollarını axtarır. Həkimlər, müayinələr,  tibbi müdaxilələr və s. çox zaman işə yaramır. Mütəxəssislərin fikrincə, 8 üsulu həyata keçirməklə uşaq sahibi olmaq mümkündür.

Ginekoloq həkim Qonça Yıldırım bildirir ki, ovulyasiya zamanı hamilə qalma ehtimalı daha yüksək olur.

Doç.Dr. Gonca Yetkin YILDIRIM | Doktorlarımız | Medipol Sağlık Grubu

“Dövrünüz 28 gün davam edərsə, yumurtlama adətən, növbəti menstruasiyadan təxminən 14 gün əvvəl baş verir. Hər səhər yataqdan qalxmazdan əvvəl xüsusi bir termometrdən istifadə edərək hərarətinizi yoxlaya bilərsiniz. Bədən istiliyinin yüksəlməsinə 2-3 gün qalmış hamiləlik üçün ən məhsuldar vaxtdır.

Başqa bir üsul yumurtlama proqnozu testlərini izləməkdir. Bu testlər sidikdə hamiləlik testinə bənzəyəcək şəkildə hazırlanıb. Test zolaqları sidikdə luteinizing hormonu (LH) aşkar edir. Ovulyasiyadan dərhal əvvəl sidikdə LH səviyyəsi yüksəlir. Müsbət nəticə əldə etdikdən sonra həmin gün və sonrakı günlərdə cinsi əlaqə tövsiyə olunur”,- deyə həkim qeyd edib.

Həkim bildirir ki, əgər cütlüklər sağlamdırsa, hamilə qalma ehtimalı daha yüksəkdir. Ciddi bir sağlamlıq probleminiz varsa və ya müntəzəm dərman qəbul edirsinizsə, sağlamlıq müayinəsi üçün həkimə müraciət etməlisiniz.

“Artıq çəki və ya az çəki hamilə qalma şansını azaldır. Normal BKİ olan kişilər daha keyfiyyətli sperma istehsal edirlər. Bədən Kütləsi İndeksini (BMI) ölçün. BMI 20 ilə 25 arasındadırsa, çəkiniz sağlamdır. BKİ 30-dan yuxarıdırsa, hamilə qalma şansınız azalır. Əgər artıq çəki varsa, bədən çəkinizin 5 faizindən azını itirmək məhsuldarlığınızı yaxşılaşdıracaq”,- deyən  həkim siqaret çəkməməyi də tövsiyə edir.

Onun sözlərinə görə, siqaret çəkən qadınların sonsuz olma ehtimalı daha yüksəkdir və hamilə qalmaq daha uzun sürür. Siqaret kişinin də spermasına zərər verir.

Q.Yıldırım qeyd edir ki, sağlam qidalar yemək çəkini idarə etməyə və sağlamlığı  yaxşılaşdırmağa kömək edir. Bol meyvə, tərəvəz, protein, dənli bitkilər və sağlam yağlar yeyin. Vitamin B9 olaraq da bilinən fol turşusu əlavələrini qəbul etmək çox vacibdir.

“Daimi məşq bədəniniz və zehniniz üçün yaxşıdır. Güclü məşqdən çəkinin, çünki bu, məhsuldarlığınızı azalda bilər.  Stress cinsi həvəsinizə təsir edir və daha az cinsi əlaqəyə girməyə səbəb olur. Hamilə qalmağa çalışarkən stressdən qaçmaq hamilə qalmağınıza kömək edə bilər”,- deyən həkim bildirir ki, xlamidiya kimi cinsi yolla ötürülən infeksiyalar da hamilə qalma şansınızı azaldır.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir