Bal

Bir çay qaşığı bal yemək…

Baxış sayı: 484

Son illər ərzində mütəxəssislərin apardıqları araşdırmalara əsasən məlum olub ki,  xroniki yorğunluqdan azad olmaq üçün hər gün  təmiz bal yemək lazımdır. Alimlərin tövsiyələrinə görə, balı əsasən səhər acqarına yemək məsləhətdir. Həmçinin müəyyən olub ki, bal xoşbəxtlik hormonunu stimullaşdıran bir təbii vasitədir.

Əsasən bahar  və yay aylarında bədənin daha fəal olmasını təmin edən hormonların ifraz olunmasına baxmayaraq, vitamin və mineral əskikliyi yorğunluq hissini artırır.

Təbiətin bizə bəxş etdiyi bu məhsul  ehtiva etdiyi vitamin, amin turşuları, probiotiklər, minerallar və fermentlər sayəsində serotonin hormonların ifrazını gücləndirərək orqanizmi daha güclü, daha enerjili və gümrah edir.

Demək olar ki, səhər və axşam bir çay qaşığı bal yemək vücudun şəkər ehtiyacını qarşılayır və gün ərzində insanın özünü gümrah və sağlam hiss etməsinə kömək edir. Qeyd etmək lazımdır ki,  xüsusilə  bahar aylarında vitamin və mineral ehtiva edən qidalara üstünlük vermək çox vacibdir, çünki  bal B vitamini, kalium, fosfor və sink ilə zəngindir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir