GEYIM

Yeni il gecəsinin ən dəbli seçimi

Baxış sayı: 417

Kirşəni yayda, Yeni İl şənliyi üçün geyimi isə bayramdan ən azı bir ay yarım əvvəl hazırlamaq lazımdır və bu, dəyişməz qızıl qaydadır. Yeni İl təlaşı başlamadan geyim haqqında ətraflı düşünmək imkanımız daha çoxdur. Ən asan seçim, əlbəttə ki, paltardır. Amma sual yaranır, hansı paltarı seçmək lazımdır?

Stilistlər cəsartli və fərqlənmək istəyən xanımlara xüsusilə qırmızı libaslara nəzər salmağı tövsiyə edirlər.

Bəs niyə qırmızı?

Birincisi, bu mövsümün ən dəbli rəngidir. İkincisi, qırmızı həqiqətən bayram rəngidir, buna görə də ən sadə paltar da çox təsiredici görünəcək. Üçüncüsü, astroloqlar Yeni İl ərəfəsində qırmızı geyinməyi məsləhət görürlər və iddia edirlər ki, bu rəng sahibinə uğur və zənginlik vəd edir.

Qırmızı paltar tapmaq çətin olmayacaq. Qırmızı mövsümün ən dəbli rəngi olduğundan, istənilən markanın kolleksiyasında ən azı onlarla çeşidi olacaq. Əvvəla, sadə modellərə daha yaxından nəzər salmağı məsləhət görürük ki, onlar Yeni İldən sonra işinizə yaraya bilsinlər. Qısası, qarderobunuz üçün yaxşı investisiya vəzifəsini yerinə yetirəcək. Bu, minimalist trapez paltar və ya klassik ipək ola bilər. Belə modelləri gündəlik həyatda da rahatlıqla istifadə edə biləcəksiniz.

Ancaq Yeni İl ərəfəsində “vao” effekti yaratmağa qərar vermisinizsə, daha qeyri-adi kəsimləri sınaqdan keçirin. Yadda saxlayın ki, Yeni İl ərəfəsində əvvəllər geyinməyə cəsarət etmədiyiniz hər şeyi geyinə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir