aile

Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları

Baxış sayı: 605

Bu mövzu aktual mövzudur. Böyüdüyümüz ailәdә hәmişә söz-söhbәt olub. Atamız anamızla mübahisә edib və yeri gәlәndә nәnә – babalarımız da söhbәtә qarışıb. “Gәrginlik” deyәndә bizdә nә nәzәrdә tutulur: “ay, qışqırma, uşaq qorxar”, “ay, belә elәmә uşaq filan şey eliyәr” deyilәn bir şey әslindә yoxdur.

aile

Ümumiyyәtlә, şüuraltı davranış pozuntuları yaranır uşaqlarda. Davranış pozuntusu o demәk deyil ki, uşaq vurur, dağıdır, qışqırır, yata bilmir. Klassik davranış pozuntusu valideynlәrarası gәrginliklә bağlıdır, söhbәt ciddiyyәtdәn gedir. Mәsәlәn, ana ilә ata arasında davranış birbaşa uşağa tәsir etmir, әgәr ana vә ya ata öz problemindә uşaqdan istifadә edirsә, bu zaman tәsir edir. Tәsәvvür edin ki, ana vә ata arasında inciklik var vә bu halda ana öz әrinә nәsә vermәk istәyir, ancaq onunla danışmadığına görә uşağı çağırır vә deyir ki, “al bunu atana ver, filan şeyi filan tәhәr elәsin”. Uşaq qalır ikisinin arasında. Uşaq olur burda “hakim” rolunda, әslindә, top rolundadır. Uşaq öz dәrsini, işini atır, iki fiqurun arasında qalır. Bu zaman uşaq öz uşaqlığını yaşaya bilmir. Lev Tolstoyun belә bir sözü var: “ İnsan ömrünün sonuna qәdәr bütün yaş mәrhәlәlәrini (uşaqlıq, yeniyetmәlik, gәnclik, qocalıq) yaşamamış ölmür”. Söhbәt tәbii ki, tәbii ölümdәn gedir. Bu artıq sinestetik qanundur, yәni әgәr mәn uşaqlığımı uşaq yaşlarımda yaşamıramsa, bunu mәn yeniyetmәlik vaxtında yaşayacam vә çox gülmәli görünәcәm. Yәqin görmüsüz, qoca, yaşlı qadınlar üzlәrinә çox qəribə makiyajlar edirlәr, gülmәli paltarlar geyinirlәr. Hәr yaşın öz әlamәti vә bacarığı var ki, onu yaşamaq hәmin yaşda gözәldir. Bayaqkı nümunәdә “hakim” rolunda çıxış edən uşaq mәcburdur ki, özünü böyük kimi aparsın, ancaq yeniyetmәlik vaxtında o, özünü uşaq kimi aparmağa başlayacaq vә valideynlәr üçün başqa bir problem yaranacaq.

aile

Klassik davranış pozuntuları faktoru özünü әn çox bu hallarda göstәrir, mәsәlәn; uşağın qarnı ağrıyır, uşağı hәkimә aparırlar, ancaq müәyyәn olur ki, uşağın qarnında heç bir problem yoxdur. Uşaq qarın ağrısı vasitәsilә ana vә atası arasındakı münaqişәni şüuraltı idarә edir. Ana vә ata dalaşırlar, axşam uşağı qarın ağrısı tutur, ata uşağı saxlayır, ana nәsә gәtirmәyә gedir, bir ­- birlәri ilә danışırlar. İstәr – ­istәməz valideynlәr uşağa görә mehriban olurlar. O da istәyir ki, ana vә atasının diqqәtini özünә yönәltsin, onları bir yerdә mehriban görsün. Gecәlәr uşaqda enuresiz (altını islatma) olur. Uşağın böyrәklәrini yoxladırlar, görürlәr ki, heç nә yoxdur. “Ay qorxudan, stressdәn” falan deyil, elә şey yoxdur, 90% hallarda valideynlәrarası münasibәtlәrin gәrginliyindәn qaynaqlanır, şәxsәn öz tәcrübәmdәn deyirәm. Yersiz ağrılar, cinsiyyәt orqanında qaşınmalar, allergiyalar vә s. Valideynlәrarası münasibәtlәrdәki gәrginliklәr uşaqlarda 3 formada özünü göstәrir: bayaq dediyim balaca “hakim”, klassik davranış pozulmaları, enuresiz.

 

Fəridə Həsənova

Narınc Psixologiya Mərkəzinin İnkişaf geriliyi üzrə şöbə müdiri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir