Nermine Abbasova

Beyinə zərər verən vərdişlər

Baxış sayı: 511

Beyin çox həssas bir orqandır və demək olar ki, hər şeydən təsirlənir. Belə ki, bəzi vərdişlərdən travmalara, stressdən az su içməyə qədər bir çox amilin bu həyati orqana mənfi təsir etdiyini asanlıqla demək olar.

Düzgün işləməyən beyin, düzgün işləməyən bədən deməkdir. Bu səbəbdən beynimizi zədələyən səbəbləri nəzərdən keçirib dəyişdirməli və ya aradan qaldırmalıyıq. Beləliklə, bu yazıda beyinə zərər verən, onu təhdid edən 15 səbəbdən bəhs edəcəyik.

 bas agrisi

Fiziki travmahuşunu itirmə, şok keçirmə və qəzalar beyinə təsir edir. Beyin sarsıntısından sonra baş ağrısı, bir neçə dəqiqə ərzində huşunu itirmə, zədə zamanı baş verənləri xatırlamama, eşitmə və görmə qabiliyyətinin pozulması, diqqətin azalması və çaşqınlıq ola bilər. Bütün bunlar təcili müdaxilə tələb edən vəziyyətlərdir.

 narkotik

Maddə asılılığınarkotiklər beynin ən böyük düşmənidir. Bunlar beynin normal fəaliyyətini pozmaqla yanaşı, beyin damarlarında da tıxanmalara səbəb olur.

 siqaret

Siqaret – beyinə və bədənə qan axınını məhdudlaşdırır. Siqaret çəkən insanlarda diqqəti toplamaqda çətinlik yarana bilər. Siqaret çəkənlərin təkcə dərisi deyil, beyni də sürətlə qocalır.

 icki

Spirt – hətta orta dərəcədə spirt istehlakı beyin funksiyalarına təsir göstərir. Spirtli içki qəbul edən insanların beyinləri daha kiçik olur. Ancaq beyin ölçüsü çox vacibdir. Prefrontal korteksin (beynin planlaşdırma, qabaqcadan düşünmə və mühakimə ilə məşğul olan hissəsi) funksiyasını pozur.

 kokluk

Həddindən artıq çəki – yağlar zərərli maddələri saxlayır. Bədəndə nə qədər çox yağ varsa, beyin bir o qədər pisdir, çünki o, zərərli maddələrdən təsirlənir. Yağın həddən artıq çoxluğu da beynin kiçilməsinə səbəb olur. Piylənmə idrak qabiliyyətinin zəifləməsi və Alzheimer riskini də artırır.

 KOKELMEK

Yanlış qidalanma – qeyri-sağlam qidalanma beynin həcmini, funksiyasını və struktur inkişafını pozur. Buna görə də şəkər, yağ və karbohidratların həddindən artıq istehlakından çəkinmək lazımdır. Sağlam bir beyin üçün pəhriz zeytun yağı və “Omeqa-3” kimi sağlam yağlara, təzə, mövsümi tərəvəz və meyvələrə, çiy qoz-fındıq, paxlalılar və bütün taxıllara diqqət yetirilməlidir.

 tenha

Yalnızlıq – yalnızlıq çox vaxt mənfi düşüncələrə səbəb olur. Bu, beyində beta-amiloid toplanmasına səbəb olur və zamanla demensiyaya qapı açır. Elmi araşdırmalar göstərir ki, qısa müddət ərzində də olsa ünsiyyət qurmaq beyni aktivləşdirmək üçün kifayətdir. Yaxın dostlarla söhbət etməklə beyini aktivləşdirmək mümkündür.

 stress

Xroniki stress – ağır iş yükü, maddi çətinliklər və evlilik problemləri xroniki stressin səbəbləridir. Daimi stress altında olan beyin stress hormonu – kortizol ifraz edir. Kortizol iştahanı və şəkər istəklərini artırır, bu da çəki artımına səbəb olur. Əzələ gərginliyini və xroniki ağrıları, o cümlədən qan təzyiqini artırır. Bütün bunlar beyin sağlamlığını pozur.

 YUXU

Yuxusuzluq – düzənsiz yuxu, yuxu pozğunluğu həmişə fiziki, beyin sağlamlığına mənfi təsir edir.

 icki

Həddindən artıq kofein – hər şeyin artığının zərərli olması, təbii ki, tərkibində kofein olan qidalara da aiddir. Gün ərzində həddindən artıq kofein qəbulu beyinə mənfi təsir edir. Yaddaşda, diqqətdə, qavrayışda, düşüncədə, dildə və şüurda əsas rol oynayan maddənin həcmini azaldır.

 tv

Həddindən artıq televizora baxmaq – həddindən artıq televizora baxmaq uşaqlarda hiperaktivlik, böyüklərdə isə Alzheimer xəstəliyi ilə əlaqələndirilir. Gündə iki saatdan çox televizora baxmaq piylənmə riskini artırır. Artıq çəki də beyinə zərərlidir.

 komputer

Şiddətli kompüter oyunları – bu oyunlar zorakılığa səbəb olur. Zaman keçdikcə uşaqlar bu oyunlara aludə olurlar. Belə oyunlar beyinə mənfi təsir edən amillər sırasındadır.

su

Su itkisi – bədənin 70 faizi və beynin 80 faizi sudan ibarətdir. Əgər kifayət qədər su içilməsə, beyin funksiyası da azalır.

 SOSIAL MEDIA

İntensiv sosial şəbəkə istifadəsidaim mesajlaşmaq və internetdə sosial şəbəkələrdə vaxt keçirmək diqqət problemlərinə səbəb olur. Zamanla üz-üzə ünsiyyətdə çətinlik yaradır.

 oturaq is

Hərəkətsizlik – beynin də hər bir əzələnin ehtiyac duyduğu kimi məşqlərə ehtiyacı var. Hərəkətsizlik səbəbindən qan axını zəiflədiyi üçün beyinə kifayət qədər qan çatmır. Yaddaş da bu vəziyyətdən mənfi təsirlənir.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




2 şərh “Beyinə zərər verən vərdişlər

  1. Cəmilə Oruczadə

    Həkim növbəti dəfə bütün oxucuları maraqlandıran mövzulardan birinə toxunub. Hansı ki, bu vərdişlər az-çox hamının həyatında var. Təşəkkürlər, gözəl doktorum.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir