sigorta

Qeyri-adı sığorta növləri

Baxış sayı: 547

Bir çoxlarımız bir və ya bir neçə sığorta növlərindən, məsələn: avtomobil sığortası, ev sığortası, məcburi sosial sığorta, nadir hallarda həyat sığortası haqqında eşitmişik. Lakin elə qeyri-adi sığorta növləri var ki, onlar haqqında bir çoxlarımız eşitməmişik. Bu qeyri-adı sığorta növləri aşağıdakılardır:

 

Bədənin hissələrinin

Dünya ulduzları arasında bədənlərinin müəyyən hissələrini sığortalamaq dəb halını alıb. Sizə bədən hissələrini sığortalayan bir neçə məşhurun adlarını çəkə bilərik. Məsələn, model və televiziya aparıcısı Haydi Klumun ayaqlarını 2 milyon dollara   sığortalamışdı. Futbolçu Devid Bekhamda, həmçinin ayaqlarını   70 milyon dollara  sığortalayıb. Müğənni Cennifer Lopez isə  27 milyon dollara ombasını sığortalayıb. Futbolçu Troy Polamalu qara saçlarını 1 milyon dollar civarında, “Çirkin Betti” şousunun baş rolunda çəkilən gənc aktrisa America Ferrera öz gülüşünü 10 milyon dollar həcmində, Julia Roberts gülüşünü 30 milyon dollar, pop ulduz müğənni Mariah Carey ayaqlarını 1 milyard dollara, komediya ustası Jimmy Durante burnunu 50000 dollara sığortalamışlar. Bədənin bir hissəsini və ya xüsusiyyətini sığortalamaq üçün xüsusilə məşhur olmağa ehtiyac yoxdur. Məsələn, holland şərabçı iybilmə qabiliyyətini, peşəkar qəhvə dequstatoru isə dad qönçələrini sığortalayıb. Lakin unutmayın ki, hər hansı bir bədən hissənizi  sığortalamaq o qədər asan iş deyil. Siz sadəcə qulaqlarınızın cazibədar olduğunu iddia edib onları milyonlara sığortalıya bilməzsiniz, qulaqlarınızı itirməyin və ya zədələmənin əhəmiyyətli maliyyə itkisi ilə nəticələnəcəyini nümayiş etdirməli olacaqsınız.

toy

Toylar və digər tədbirlər

Bu, qeyri-adi sığorta növü hesab edilsə də lakin zəngin və məşhur insanlar arasında  çox vacib sığorta növüdür. Çünki toy mərasiminə on minlərlə dollar və hətta bundan da çox vəsait xərcləyən insanlar vardır ki, onlar bir az da olsa özlərini  qorumaq istəyirlər (məsələn, qaynana və ya qaynata müdaxiləsi nəticəsində ayrılıq və s. bu kimi hallar). ABŞ-da toy sığortası planını hazırlayan “Fireman’s Fund” agentliyi yalnız geri qaytarılması mümkün olmayan xərcləri əhatə edir. Yəni əgər siz çimərlikdə toy mərasimi təşkil edirsinizsə və məsələn, bu zaman sunami baş verirsə o halda bu sığorta növünün köməyilə mərasiminizə çəkilən xərcin əvəzini sığorta şirkətindən ala bilərsiniz. Lakin əgər bəy və ya gəlin sizi mərasim zamanı tərk etsə, onun dalınca qaçmağa heç bir ehtiyac yoxdur, çünki bunun üçün də “Fireman’s Fund” şirkəti heç bir yardım göstərə bilməyəcək.

 

Yaxşı işçi

İstənilən şirkətdə elə işçilər var ki, şirkətin bütün işləri ən çox onlardan asılıdır. Məhz bu insanlar biznesin davam etməsini və gəlirliliyini təmin edirlər. Belə vacib işçiləri itirmək şirkət üçün problem yarada bilər və onların əvəz olunmaları da çox çətindir. Bunun qarşısını almaq, ən azından belə əvəzedilməz işçinin itirilməsindən yaranacaq potensial riskləri azaltmaq üçün bəzi şirkətlər onları sığortalayırlar.

 

Öncədən sığortalanma

Qəribə səslənsə də, lakin bu sığorta növü  mövcuddur. Əsində bu cür sığorta növünə müraciət etmək bir fotoqrafın ağlına gəlmişdir. Bir vaxtlar o, bir modeli çəkirdi. Həmin model ailə həyatı qurduqdan  sonra modellik karyerasını davam etdirməkdən imtina edir. Nəticədə fotoqraf çox böyük ziyana düşür.  Lakin bu sığorta növü nəticəsində həmin fotoqraf öz itkilərini kompensasiya etdi.

 

Evin ekzotik əşyaları

Evin abadlaşdırılması adətən bir sıra ölkələrdə evin sığortalanması ilə nəticələnir. Lakin  bu standartlar çox şeyi əhatə etmir. Çox maraqlıdır ki, bu qeyri-adi sığorta növü vasitəsi ilə ətrafınızda abadlaşdırdığınız hər şeyi sığortalaya bilərsiniz. Məsələn, landşaft dizaynınızın bir hissəsi olan  ekzotik bitkilər və ya  qeyri-standart əkinlərə əhəmiyyətli miqdarda sərmayə qoymusunuzsa,  onda onları mütləq sığortalamalısınız.

heyvanlar

Heyvanlar

“Heyvan sığorta”sı heyvanların səhhətlərində yaranan hər hansısa, bir xəstəliyin müalicəsi zamanı yaranan xərclərin qarşılanması xidmətidir. Heyvanlarda təcili və qəfildən yaranan bütün xəstəliklər zamanı “Heyvan sığortası”-dan istifadə etmək mümkündür.   Heyvanların sığortasına yalnız xəstəliklər deyil , o cümlədən avtomobil qəzası, yanğın hadisəsi, yıxılma nəticəsində yaranan zədə və təbii fəlakətlər zamanı yaranmış problemlər zamanı da istifadə edilə bilər. Bu  bir çox məşhurların istifadə etdiyi praktikadır.

teyyare

Uçuş sığortası

Bu qeyri-adi sığorta növü  vasitəsi ilə uçuş qəzaları (məsələn, bu uçuşlara təyyarə, vertolyot, hava şarları, planerlər və bu kimi digər uçuş vasitələri ilə edilən uçuşlar daxil ola bilər) nəticəsində baş verən zədələnmələri, yaralanmaları və ya ölüm hallarını sığortalayasınız.

 

Qida zəhərlənməsindən qorunma

Qonşularınızı piknikə dəvət etməyi planlaşdırırsınızsa və ya bütün rəhbərlik komandanızı şam yeməyinə dəvət edirsinizsə, özünüzü riskə atırsınız. Məsələn,  təzə olmayan balıq  və yaxud  göbələk növünü düzgün seçməsəniz o zaman dəvət etdiyiniz  hər kəs qida zəhərlənməsinə məruz qala bilər.Bu zaman  onların tibbi və digər xərclərinə görə məsuliyyəti siz daşıyacaqsınız.  Bəzi  ölkələrdə insanlar bu tip hallardan uzaq olmaq  üçün öncədən özlərini sığortalayırlar.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir