Stabil olmayan yuxu və yuxusuzluq ciddi problemlər yarada bilər. Bu, orqanizmin bir çox nahiyələrində, xüsusilə ürək-damar sistemində izsiz ötüşmür.
Həkimlər yuxunu dəyərləndirməyi məsləhət görürlər. Onun ürəyin sağlamlığı üçün əhəmiyyəti müntəzəm fiziki fəaliyyət və düzgün qidalanmadan az deyil. Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki Yuri Belenkovun sözlərinə görə, yuxusuzluq təkcə insana xas hal deyil, həm də bir sıra xəstəliklərin formalaşması istiqamətində atılan addımdır.
İlk növbədə, yuxu problemləri hipertoniya, ürək xəstəlikləri, aritmiya inkişaf edə bilər.
“Ən pik təzahür insult və təbii ki, ürək çatışmazlığıdır”, -deyə həkim əlavə edib.
Həkim qeyd edib ki, pis yuxunun səbəbləri narahat yataq və ya yuxu şəraiti ola bilər.
“Yataq otağı çox isti olmamalıdır”,-deyə Yuri Belenkov vurğulayıb.
Həmçinin yuxuya tez-tez yatmaq üçün yerin dəyişməsi, stress, depressiya, qidalanma təsir göstərir. Sağlam yuxu üçün həftə sonları da olsa eyni vaxtda yatın və oyanın.
“Bundan əlavə, ağrı da insana yaxşı yatmağa imkan vermir”, – deyə həkim yekunlaşdırıb.
Nubar Süleymanova