Londonun “Moley Robotics” şirkəti dünyada ilk aşpaz robotu təqdim edib. “3dnews.ru” saytında yer alan məlumata görə, bu robot mətbəx qaz avadanlığına birləşdirilmiş iki mexaniki əldən ibarətdir. O, reseptləri dəqiq təkrarlamağa proqramlaşdırılıb.
Mətbəx robotu britaniyalı jurnalistlərə təqdim olunarkən hətta onlara 30 dəqiqə ərzində şorba da hazırlayıb.
Ancaq mətbəx robotu tam avtomatlaşdırılmayıb. Belə ki, o, işləyən zaman insan masanın üzərinə yeməyin bişirilməsi üçün lazım olan ləvazimatı ardıcıl qaydada düzməli və ya robota verməlidir.
Bu robotun əsas problemlərindən biri də dadbilmə reseptorlarının olmamasıdır. Bununla belə, robotun ehtiyatında 2 mindən çox yeməyin resepti var. Artıq bu robotun ilkin satış qiyməti də açıqlanıb -15 min dollar!
Avadanlığın qurucuları mətbəx robotunun 2017-ci ildə kütləvi istehsalına başlayacaqların deyirlər.