kofe

Demensiyadan necə qorunaq?

Baxış sayı: 588

Son zamanlarda demensiyaya sindromundan əziyyət çəkənlərin sayı durmadan artır. Patologiyanın inkişaf mexanizmlərini işıqlandıran elmi kəşflərlə yanaşı, demensiya ətrafında çoxlu miflər dolaşmaqdadır.

Rusiyalı tibb elmləri namizədi Svetlana Duma demensiya riskini artıran həyat tərzini qiymətləndirib və bu haqda olan mif və həqiqətləri səsləndirib. Bildirib ki, bəziləri hesab edirlər ki, çox televizora baxmaq demensiyanın inkişaf riskinə təsir edə bilər. Həkimin sözlərinə görə,təkcə televiziyanı qınamaq olmaz. Bu məsələdə məhdudiyyətsiz televizora baxaraq insanın fiziki fəaliyyətini itirməsi məsələsi daha vacibdir, çünki sağlam yaşlanmaq üçün aerobik məşqlər son dərəcə vacibdir.

Qəhvənin beynə mənfi təsiri haqqında da miflər var. Ekspertin fikrincə, onların heç bir əsası yoxdur. Qəhvə əhval-ruhiyyəni və koqnitiv funksiyanı yaxşılaşdıran serotonin istehsalını təşviq edir. Qəhvə istehsal edən ölkələrdə gündə 3-5 stəkan içmək beyin üçün faydalı hesab olunur.

Hesab olunur ki, ali təhsilli adamda demensiya riski daha azdır. Əslində isə bu təhsildən yox sırf öyrənmə prosesindən asılıdır . Öyrənmə prosesi idrak funksiyasına müsbət təsir göstərir – lakin davamlı olmalıdır.

“Başın yaxşı işləməsi üçün” qırmızı ət yemək ehtiyacı haqqında məlumatlar da yayılıb. Həkimin fikrincə, ət, məsələn, anemiyanın qarşısını almaq üçün yeyilə bilər və yeyilməlidir – lakin məqbul miqdarda.

Ən doğru və təkzibedilməz inanc isə ailəsi olan insanların tək yaşayan insanlara nisbətən demansla daha az qarşılaşmasıdır. “Yaxınlarınızla ünsiyyət, qohumlarla daim əlaqədə olmaq, nəvələrə təcrübə ötürmək – bütün bunlar sindromun risklərini azaldır”, -deyə mütəxəssis bildirir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir