AYAQQABI

İlin ən yırtıcı trendi yenidən dəbdə

Baxış sayı: 545

Tufli-stilettolar sonsuz klassikadır. Onlar uzun müddətdir ki, ağ idman ayaqqabıları ilə birlikdə qarderobun əsas elementləri siyahısına daxil edilib. Bəzi xanımlar hətta onları idman geyimləri və ya karqo şalvarları ilə birləşdirirlər. İşgüzar üslubun isə sadəcə əvəzolunmazıdır. İndi stilettoların yalnız qara modeli deyil, alqırmızı, qəhvəyi, metal effektli və ya heyvan naxışlı versiyaları dəbdədir. Heyvan naxışları bu mövsüm əsl moda dirçəlişini yaşayır, xüsusən də bəbir motivi.

Bəbir naxışlı tuflilər mösvümün ən yırtıcı trendidir. Bəbir motivləri əvvəllər ən mübahisəli naxışlardan biri hesab olunurdu. Bu, onun ətrafda vəhşi assosiasiyalar oyatması ilə birbaşa bağlıdır, desək, yəqin ki, yanılmarıq. Uzun müddət çoxları onun vulqar və həddən artıq dinamik olduğunu düşünürdü, xoşbəxtlikdən dizaynerlər bütün bu önyarğıları aşdılar və biz bəbir naxışlı geyimləri yenidən podiumda görməyə başladıq. Heyvan naxışlarından ehtiyat edirsinizsə, bəbirli ayaqqabılar məhz sizin üçündür.

Belə ayaqqabı seçərkən, ilk növbədə, hisslərinizə diqqət yetirin – onlarda rahat olmalısınız. Bunlar təxminən yeddi santimetr dabanlı və itiburunlu ayaqqabılar ola bilər, lakin indi markalar ən müxtəlif modellər təklif edir. Odur ki, siz bəbir naxışını baletka və şəp-şəplərdə də görə bilərsiniz. Bəbir naxışlı hər hansı ayaqqabı almağa qərar vermisinizsə və “bahalı” görünməsini istəyirsinizsə, bəzəksiz və sadə variantları seçin.

Qarderobumuza “vəhşi” tuflini necə inteqrasiya etmək olar?

Ən sadə düstur ciddi, klassik və ya rəsmi geyimlərlə birləşməsidir. Məsələn, sadə qara paltar və ya rahat cins ilə onlar zərif görünəcəklər. Risk etməyə hazırsınızsa, bəbir naxışlı paltonu eyni ayaqqabılarla uyğunlaşdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir