toyuq

Küncütlü toyuq qızartması necə hazırlanır?

Baxış sayı: 464

Küncütü heç belə istifadə etmişdiniz? Adətən çörəklərin, kökələrin üzərinə səpirik. Bu dəfə isə toyuq ətini küncüt ilə qızartmağı yoxlayın. Əminik ki, fərqli dadını bəyənəcəksiniz.

 

Lazım olan ərzaqlar:

300 qr toyuq döş əti

Yarım stəkan küncüt

1 yumurta

3 x.q un

2 x.q soya sousu

duz

qara istiot

 

Hazırlanma qaydası:

Toyuğun döş ətini nazik, uzun-uzun doğrayın, duz, istiot, soya sousu ilə qarışdırıb 30 dəqiqə saxlayın. Sonra ayrı ayrı qablara un, yumurta və küncütü tökün. Toyuq hissələrini əvvəlcə una, sonra yumurtaya və küncütə batırıb qızğın yağda hər iki tərəfini qızardın. Süfrəyə ketçupla və ya mayonezlə verə bilərsiniz.

Nuş olsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir