Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır.
“Gencaile.az” saytı xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır.
Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limon suyu əlavə edin. Eyni miqdarda alma sirkəsi ilə əvəz edilə bilər. Bundan sonra iki saat gözləyin, suyu boşaldın və qarabaşağı yenidən yuyun.
Bu yeməyin dadını inanılmaz dərəcədə dəyişir.