meyve qurusu

Sağlamlığımız üçün quru meyvələr yeyək…

Baxış sayı: 364

Yeməyimizə quru meyvələrin əlavə olunması  sağlamlığımıza  çox müsbət təsiri  vardır. Bu da onların tərkibində insan orqanizmi üçün  vacib olan  komponentlərlə bağlıdır.  Elə götürək qurudulmuş əriyi.  Əsl şəfa mənbəyidir. Tərkibi  A,E,B qrupu vitaminlərlə, eləcə kaliumla zəngindir. Belə ki, onun tərkibini təşkil edən  bu komponentlər   görmə qabiliyyətini artırır, şəkər xəstəliyinin inkişafını ləngidir,  həzm prosesi qaydaya salır, stressin, qan azlığın qarşısını alır, immunetit  sistemini  gücləndirir.  Həmçinin quru əriyin A vitamini  dəridə yarana bilən  akne probleminə qarşı  faydalıdır.

Gavalı qurusunu  yemək  insanı  böyrək, qaraciyər və revmatizm   xəstəliyindən  qoruyur.  Eyni zamanda sümükləri möhkəmləndirir.  Çünki  onu tərkibi kalium, maqnezium  maddələrdən ibarətdir.

Faydalı meyvələrdən biri də respublikamızın hər bölgəsində ən çox inkişaf edən əncirdir.  Bu meyvə qurusunun tərkibi  minerallar toplusudur. Əgər könlünə fosfor, kalium, dəmir, kalsium, maqnezium maddələri, A və B vitaminlər qrupu düşsə, əncir qurusunda axtar. Dediyimiz komponentlər  də enerjinin  bərpasına, əzələnin, sinir  sisteminin  inkişafına olduqca gözəl təsir göstərir.

Ağır zehni yorğunluqdan əziyyət  çəkənlər üçün  üzün yeməyin faydası böyükdür.  Həmçinin onun tərkibi 20-25 faiz qlükozadan ibarət olduğuna görə  qanda qısa müddətə mənimsənilir.  Üzümün dəmiri də çoxdur. Hər iki komponentin birləşməsi səbəbindən  orqanizmdə qan əmələ gəlir, bu da anemiyanın  müalicəsinə kömək edir.

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir