is

İş təklifləri dəyərləndirilərkən baxılmalı 5 önəmli məqam

Baxış sayı: 321

İş təklifi almaq çox vaxt yaxşı xəbərdir, amma bəzən bu xəbər o qədər də həyəcan verməyə bilər. Təklif edilən yeni işi qəbul edib-etməmək barədə düşünəndə, hansı qərarın doğru olduğunu tapmaq çətinləşir. Belə situasiyaya düşdükdə bu 5 ipucu köməyinə çatacaq.

is
Yeni iş fürsətindən imtina etmək çox vaxt çətin qərardır. Maliyyə durumu və hər hansı bir dəyişikliyin həmişə yaxşı olmaması qərar verməyi çətinləşdirir. Bəzən karyeran üçün edə biləcəyin ən yaxşı şey olduğun yerdə qalmaq ola bilər. Bir iş təklifini qəbul etmək baxımından narahatlığın olanda bu 5 faktoru götür-qoy edə bilərsən.

 

1. Əmək haqqı bazar qiymətindən aşağı olarsa

Maaş gözləntisini ifadə edərkən imiciniz, təcrübəniz və sektoru və s. kimi əsas meyarları nəzərə almaq lazımdır. Beləliklə, mövcud iş bazarına əsaslanaraq qərar verə bilərsiniz.

 

2.Təklif olunan imkanlar gözləntilərinizə cavab vermirsə

Bir çox şirkətlər işçilərinə müxtəlif üstünlüklər və imkanlar təklif edə bilər. Sağlamlıq sığortası, pensiya planlaması, məzuniyyət siyasəti, idman zalı üzvlükləri və s. Bu cür imkanlardan yararlanmaq işçidən asılı olaraq dəyişir. Misal üçün, valideyn olan bir işçi üçün cəlbedici olan imkanlar digəri üçün o qədər də uyğun olmaya bilər. Buna görə də, prioritetlərinizə cavab verən imkanların olub-olmadığı qərar vermədə təsirli olur. Axı, hər şey sizin nəyə dəyər verdiyinizdən asılıdır.

 

3. Karyera məqsədlərinizə uyğun gəlmirsə

Müsahibə zamanı verməli olduğunuz suallardan biri də “Şirkətdə yüksəliş üçün hansı imkanlar var?” sualıdır. Çünki işəgötürən bu suala qaneedici cavab verə bilmirsə, bu barədə düşünmək lazımdır. Üstəlik, irəliləmə şansı olan bir mövqe deyilsə və ya yeni şeylər öyrənmək imkanı təqdim etmirsə, onu nəzərdən keçirməyiniz üçün başqa bir səbəb var.

4. Şirkət mədəniyyəti uyğun deyilsə

Şirkət mədəniyyəti təşkilatın məqsədlərindən tutmuş idarəetmə strukturuna və iş mühitinə qədər hər şeyi əhatə edir. Hər şirkət mədəniyyəti hər işçi üçün uyğun olmaya bilər. Bu səbəbdən müsahibədən əvvəl şirkəti araşdırmaq və mədəniyyət haqqında ilkin təəssürat əldə etmək vacibdir.

5. Əgər menecerlə harmoniyada işləyə bilməyəcəyinizi düşünürsünüzsə

Bir iş təklifi nəzərdən keçirilərkən, qiymətləndirilməsi lazım olan ən vacib məqamlardan biri menecerin xüsusiyyətləridir. İş tərzi, ünsiyyət tərzi və s. Onların xüsusiyyətləri sizdə müsbət təəssürat yaradırmı, onlarla işləyə biləcəyinə inanırsınız? Bu suallara cavab verməlisiniz. Əlbəttə ki, aydın bir nəticəyə gəlmək çətindir, amma ən azı bir fikriniz olacaq.

 

Nuray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir