idman

Məşq zamanı smartfondan istifadə hansı problemləri yarada bilər?

Baxış sayı: 1. 666

Alimlər bildiriblər ki, məşq zamanı smartfondan istifadə sağlamlığa zərərdir. Onlar belə nəticəyə gəliblər ki, məşq prosesində smartfonlardan istifadə yalnız orqanizmin funksionallığına mənfi təsir göstərmir, həm də bəzi xəstəliklərin yaranması üçün katalizator rolunu oynaya bilər.

“İCTnews” “tgdaily.ru” saytına istinadən bildirir ki, sınaq zamanı tələbələr qaçış zolağında məşğul olub və eyni zamanda, smartfondan istifadə ediblər. Telefonla danışıq zamanı sınaqda iştirak edənlərin tənəffüs sistemində problem müşahidə olunub ki, bu da öz növbəsində oksigen çatışmazlığına görə orqanizmin ürək-damar sistemində pozğunluq əmələ gətirib.

Qeyd edək ki, məşq zamanı smartfonun mənfi təsiri yalnız danışıq üçün cihazlardan istifadə ilə məhdudlaşmır. Hətta musiqi dinləmək orqanizm üçün oxşar nəticəyə malikdir, buna görə idmanla məşğul olan zaman adi pleyerdən istifadə daha yaxşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir