paltar

Anbar işçilərinin gödəkcəsi qış trendi kimi

Baxış sayı: 328

Bu qış üçün dəbli üst geyimlərindən birinin adı açıqlanıb. Hər kəs tərəfindən anbar gödəkcəsi kimi bilinən geyimlər bu il qışın trendinə çevriləcək.

Bu praktik qarderob geyimi böyük ölçülü dizayna və çoxlu ciblərə malikdir.

Qeyd olunur ki, bu əşyanı populyarlaşdıranlardan biri də İtaliyanın “Prada” brendi olub. Brendin nümayişlərindəki manekenlər şəffaf ətəklər və saçaqlı paltarlar kimi qadın geyimləri ilə bu gödəkcələri kombin ediblər. Gödəkcə, həmçinin “Bottega Veneta” və “Fendi” kolleksiyalarında nümayiş etdirilib və moda modelləri Hailey Bieber və Kaia Gerber tərəfindən onların qarderoblarına daxil edilib.

Eyni zamanda, “Lyst” platformasının məlumatlarına görə, işçi gödəkcəsi 2024-cü ilin birinci rübündə ən populyar məhsullar onluğuna daxil olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir