Hamiləlikdə təbii süd içmək körpənin beyin inkişafına mənfi təsir edir.
“Gencaile.az”-ın Dailymail-ə istinadən verdiyi məlumata görə, təbii südün tərkibində yod miqdarı digər südlərdəki yod miqdarının 1/3-i qədərdir. Buna görə təbii süd içmək lazımlı yod miqdarının alınmamasına səbəb ola bilər. Süd qidalanmada əsas yod qaynaqlarından olduğundan yod ehtiyacının 40%-ni ödəyir.
O da bildirilir ki, təbii süd eyni zamanda körpənin İQ səviyyəsinə və beyin inkişafına da mənfi təsir edə bilər. Odur ki, hamilələr və uşaq əmizdirən qadınlar təbii südə üstünlük verməsinlər.