Sözünüzün keçməsini istəyirsinizsə, kişiyə qılıqlanın – YOLLARI

Baxış sayı: 1. 507

Ailə qurduqdan sonra bütün hökmranlıq kişinin əlində olur. Əhali arasında da “ər nə dedisə, o da olmalıdır” şablonu geniş yayılıb. Amma qadınlar da kələkbazlıqda geri qalmaz. Kişiyə qılıqlanaraq istədiklərini etdirən xanımlar çoxdur.

Siz də kişiyə qılıqlanmağın yollarını öyrənmək istəyirsizsə,”Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu yazını mütləq oxuyun.

Ona kiçik ipucları ilə kişiliyini hiss etdirin və qarşılığını görün!

Məsləhət al!

Şəhərin içindəki ən qısa yolları bilirsə, bunu öyrənmək üçün ondan soruşmalısan. Yolu sizə başa salmaqdan zövq alacaq.

Həftə sonu planını təşkil etməsinə icazə verin

Həftəsonu onun sevdiyi şeyləri edin. İlk əvvəl atıcılıq məkanına gedin. Sonra kabab yeməyə gedə bilərsiz. Qoyun axan borunu özü təmir etsin. Hansısa problem olanda “başqa adam çağıraq”? – deyə təkid edən qadınlar kişilərin zəhləsini tökür. Qoyun, gec olsun, amma özü etsin.

Qılıqlanma sənəti

Təriflər çox effektlidir. Ona masajda, seksdə, mətbəxdə çox yaxşı olduğunu bol-bol xatırladın. Çox işə yarayır!

Qısqanırmış kimi davranın

Kişilər qısqanılmağı xoşlayır. Ancaq həddini aşıb deyingən arvad olmayın.

Ev kraliçası

Arada bir köynəyini ütüləyin, ən sevdiyi yeməyi hazırlaya bilərsiz. Ancaq çox da həddini aşmayın. Kişi bundan istifadə etməyə çalışar.

Dostları və ailəsinə yaxşı davranın

Dostlarına simpatik, ailəsinə mədəni davran. Ancaq hər gün ziyarətlərinə getməyin. Sizi  sevməli və hörmət etməlidirlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir