Aysu Eliyeva 1

Bibliomaniya, yoxsa bibliofiliya?!

Baxış sayı: 437

Kitablar insan düşüncəsinin ən saf, ən dərin izləridir. Onlar bilik mənbəyi, ruhun qidası, təxəyyülün güzgüsüdür. Lakin bəzən bu sevgi həddini aşaraq bir növ psixoloji asılılığa – bibliomaniyaya çevrilə bilir. Bibliomaniya termini yunan dilində “biblio” (kitab) və “mania” (dəlilik, həvəsin həddi) sözlərindən yaranmışdır və “kitab dəliliyi” mənasını verir.

Bibliomaniya sadəcə kitab oxumağı sevmək deyil. Bu vəziyyətdə insan kitabları oxumaq üçün deyil, toplamaq üçün alır. Kitab rəfləri dolduqca içindəki boşluq dolmur, əksinə yeni bir kitab alma ehtiyacı yaranır. Bibliomanlar üçün kitab, artıq bilik mənbəyi deyil, emosional təhlükəsizlik simvoluna çevrilir. Həddindən artıq kitab əldə etmək kimi kompulsiv cəhdlər onlarda maddi problemlərə də gətirib çıxarır.

Bu insanlar çox zaman kitab mağazalarında, köhnə bazarlarda və ya onlayn platformalarda saatlarla kitab axtarar, artıq malik olduqlarını belə xatırlamazlar. Kitabın mövzusu, dəyəri və ya faydası deyil, ona sahib olmaq hissi əsas olur.

Psixoloji tərəfinə nəzər salsaq görərik ki, bibliomaniya bir növ kompulsiv davranış pozuntusu kimi qəbul olunur. Bu davranışın kökündə adətən,daxili boşluq hissi,özünü təsdiqləmə ehtiyacı,keçmişdəki itkiləri əvəzləmə cəhdi kimi amillər dayanır.

Kitab yığmaq insana nəzarət hissi, sabitlik və “öz dünyasına sahib olmaq” duyğusu verir. Lakin zamanla bu davranış nəzarətdən çıxaraq maddi, emosional və sosial problemlərə yol aça bilər.

 

Bibliomaniya və bibliofiliya fərqi

Bibliofiliya – kitab sevgisidir; oxumaq, öyrənmək, inkişaf etmək üçün kitab toplamaqdır.

Bibliomaniya isə – nəzarətsiz şəkildə kitab alma ehtirasıdır; kitablar artıq məqsəd deyil, vasitəsiz asılılıq obyekti olur.

Sadə dillə desək, bibliofil kitabla dostluq edir, biblioman isə kitaba bağlanır.

-Müalicəsi:

Bibliomaniya müalicə tələb edən vəziyyət sayılır. Əsas məqsəd kitabla olan əlaqəni sağlam sərhədlərə gətirməkdir. Bunun üçün:

-psixoterapiya (xüsusilə koqnitiv-davranış terapiyası),

-emosional tənzimləmə bacarıqları üzərində işləmək,

-maddi və məkan sərhədləri müəyyən etmək (məsələn, ayda yalnız 1 kitab almaq)və oxuma məqsədinə fokuslanmaq tövsiyə olunur.

 

Kitablar ruhun qidasıdır, lakin hər qida kimi onların da dozası var. Bilik toplamaq gözəldir, ancaq bu proses insanın azadlığını əlindən alırsa, artıq bir asılılıqdan danışmaq olar.

 

Psixoloq Aysu Əliyeva




1 şərh “Bibliomaniya, yoxsa bibliofiliya?!

  1. Günel Əzimova

    Bibliofiliya və bibliomaniya arasındakı fərqi oxuyanda çox düşündüm. Həqiqətən də bəzən kitab almağa o qədər aludə oluruq ki, onu oxumağa vaxtımız qalmır. Amma məqsədim həmişə öyrənmək olub, ümid edirəm, bu asılılıq yaratmaz.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir