Nermine  Abbasova

Nərminə Abbasova: “Osteopatiya proseduru ağrılı deyil”

Baxış sayı: 631

Etiraf edək ki, əksəriyyətimiz osteopatiyanın nə olduğu haqqında məlumatsızıq. Bəlkə də buna görədir ki, bir çoxları ostepatiya problemi ilə üzləşsə də, müalicə prosesi zamanı yarana biləcək ağrılardan ehtiyatlandıqları üçün müalicədən yayınırlar.

Bunu nəzərə alıb oxucularımızın məlumatlandırması üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq. Nərminə xanım öncə onu bildirdi ki, Osteopatiya sümük xəstəliyi olub, dərin manual diaqnostika və müalicə üsuludur. Həkim qeyd edib ki, Osteopatiya anatomiya, fiziologiya və biomexanika sahəsinin fundamental biliklərinə əsaslanır:

“Məlumat üçün deyim ki, Osteopatiya proseduru heç də ağrılı deyil. Osteopat həkim prosedura vaxtı toxumalarda müqavimət yaratmamaq üçün toxumalara çox incə təsir edir. Pasient manipulyasiya zamanı yaranan hər hansı bir narahatçılığı həkimə bildirməlidir. Yəni prosedur zamanı həkim sizdən hər hansı bir hərəkəti etməyinizi xahiş etsə və bu ağrılı olsa o hərəkəti dayandırın. Eyni zamanda, əgər prosedur zamanı ağrıverici hərəkət olarsa, ağrı barədə dərhal həkimə bildirmək lazımdır ki, həkim bunu dayandırsın.

Qeyd edim ki, Osteopatiyada xəstəliyin diaqnostikası və eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Sağlam insan orqanizmində orqan və toxumalar müəyyən forma, sıxlıq və temperatura malikdir. Patoloji proseslər baş verdikdə bu göstəricilər dəyişir: orqanlar yerini dəyişə bilir, böyüyür, sıxlıqları daha da arta bilir. Professional osteopat müayinə zamanı məhz bu dəyişiklikləri hiss edir. Onun həssas və təcrübəli barmaqları yüngül toxunuşla orqanizmdə baş verən dəyişiklikləri təyin edə bilir”.

 

Əsl osteopat hər hansı bir situasiyadan çıxmağa sizə yardım etməklə yanaşı, xəstəliyin əsl səbəbini tapıb, aradan qaldırmağı öz qarşısına məqsəd qoyur. Bu işdə ona anatomiya və fiziologiyanın dərin bilikləri yardım edir.

Ailə həkimi deyir ki, sağlamlıq üç bir-birilə əlaqəli: dayaq-hərəkət, neyrohumoral və psixi sistemlərin vəhdətindən asılıdır. Onun sözlərinə görə, bu sistemlərin hər hansı birində pozulma digər sistemlərə təsir edir və osteopatik zədələnməyə səbəb olur:

“Osteopatın əlləri bəzi tibbi avadanlıqların təyin edə bilmədiyi dəyişiklikləri: əzələ və bağların gərginliyini, daxili orqanların ritm pozulmalarını və sair hiss edə bilir. Həkim osteopat bu problemləri təyin edərək əzələ gərginliyini aradan qaldırır, ordakı iltihabı zəiflədir; toxumaya yüngül təzyiq etməklə toxumanın qan axınını normallaşdırıb orqanın normal işini bərpa edə bilir. Bir neçə belə “zərif manipulyasion” seansdan sonra orqanizmin bütün sistemləri müntəzəm işləməyə başlayır. Nəticəni əldə etmək üçün manual terapevtin qəbulunda olduğu kimi güc tətbiq etmək lazım deyil, sadəcə olaraq hara və necə təsir etməyi dəqiq ölçmək gərəkdir. Bağlı qapını iki yolla açmaq mümkündür: güc təsir etməklə sındırmaq yolu ilə, ya da heç bir güc tətbiq etmədən açar istifadə edərək açmaq. Osteopatik seansdan sonra orqanizmə yeni vəziyyətə uyğunlaşmaq üçün vaxt vermək gərəkdir, bunun üçün növbəti osteopatik proseduralar arasında ən azı üç gün vaxt verilir. Bu müddət ərzində pasient müalicəvi effektin artdığını hiss edəcək, özündə rahatlıq, həyat eşqinin artması daxili resursların bərpa olunduğunu hiss edəcək”.

Ailə həkimi Osteopatiyanın uşaqlarda nəyi müalicə edə biləcəyi ilə bağlı da danışıb. Bildirib ki, Osteopatiya uşaqlarda doğuş travmasının fəsadlarını; yenidoğulmuşlarda sancıları; döş qəfəsi deformasiyalarını; birinci boyun fəqərəsi blokadasını; kəllə sümüklərində kələ kötürlükləri; psixomotor inkişafın ləngiməsini; diqqət yayınıqlığını, yaddaşsızlığı; görmə pozulmalarını, çəpgözlüyü; qamət pozulmasını, skoliozu, kifozu; əyriboyunluğu; yastıayaqlığı müalicə edir.

Eyni zamanda, Osteopatiya böyüklərdə dayaq-hərəkət aparatı xəstəlikləri; travma və əməliyyatdan sonrakı vəziyyət; osteoxondrozun ağırlaşması; ginekoloji xəstəlilər, kiçik çanaqda bitişmə, ağrılı menstruasiyalar, bəzi növ sonsuzluqlar; miqren və digər mənşəli baş ağrıları; həzm sistemi xəstəlikləri problemlərinin də müalicəsində istifadə olunur:

 


“Qeyd edim ki, Klinikamızda hər bir pasientin müalicəsi individual olaraq aparılır və osteopatiyanı bütün xəstəliklərin müalicəsi üçün panaseya hesab etmək doğru olmazdı. Bir sıra Avropa ölkələrində osteopat həkim əzələ gərginliyi, boyun və bel ağrıları, uşaqların zehni qabiliyyətini artırmaq, uşaqlarda və böyüklərdə baş ağrılarının müalicəsi, qamət pozulmalarının bərpası üçün bütün ailə üzvlərinin müraciət edə bildiyi, ailənin ən sevimli həkiminə çevrilir. Təəssüflər olsun ki, gec mərhələlərdə orqanizmin kimyəvi proseslərinin ciddi pozulmaları zamanı, onkoloji proseslər zamanı osteopatiya gücsüzdür.

İlk baxışda osteopat-həkimin qəbulu adi həkim qəbulundan fərqlənməsə də, bəzi fərqlər var.  Osteopat ayaq barmaqlarından tutmuş kəllə sümüklərinə kimi bütün bədəninizi müayindən keçirir. O bədəni öndən, arxadan və yanlardan müayinə edir, bədənin nahiyələrinin bir-birinə uyğunluğunu müqayisə edir, qamət pozulmasını, yeriş zamanı bədənin vəziyyətini nəzərdən keçirir. Ayaqüstə və oturan vəziyyətdə müayinədən sonra isə xəstənin uzanmış vəziyyətində bədənin müxtəlif toxumalarının harmonikliyinə, gərginliyinə, əzələlərin qarşılıqlı münasibətinə, maye axınlarının ritminə diqqət yetirir. O, üç osteopatik sistemin: sümük-əzələ-fassiya, kraniosakral və visseral sistemin ardıcıl müayinəsini aparır. Osteopatik testlərlə bu sistemlərdə mövcud olan patologiyaları aşkara çıxarır”.

 

Baş həkim deyir ki, Osteopat həkim xəstəliyi deyil, xəstəni müalicə edir:

“Belində ağrıdan şikayətlənən pasietin kəllə sümükləri ilə işləyən osteopat həkim sizə ilk baxışda qəribə gələ bilər. Osteopat həkim mükəmməl anatomik biliklərə yiyələnmişdir. Orqanizmin müxtəlif nahiyələrindəki əlaqələri dərindən bilən osteopat həkim xəstəliyin səbəbini aradan qaldıraraq mövcud şikayətlərdən birdəfəlik azad edir”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir