Ruzanna Besirova

Gündəlik xərclərdə qənaət etməyin yolları

Baxış sayı: 673

İnsanlar düşünürlər ki, gündəlik xərclərə qənaət etmək heç də asan deyil. Əslində isə bir-iki kiçik detalı bilib qaydalara əməl etsək. gündəlik xərlər nəzarətdə qalacaq və günün sonunda həm maddi, həm də fiziki daha karlı çıxmış olacağıq.

Gəlin, öncə baxaq görək gündəlik xərclər hansılardır və onların yaranma səbəbləri nələrdir?

Ən çox gündəlik xəclərə ərzaq və nəqliyyat xərcləri daxildir. Əslində gündəlik xərclərə kommunal xərclər də daxildir. Lakin biz kommunal ödənişləri aylıq ödədiyimiz üçün bu xərclərin gündəlik təsirini hiss etmirik. Bəs niyə gündəlik bazarlığı, xüsusən də ərzaq və yemək, bir də nəqliyyat xərcimiz çoxdur və gündən-günə də çoxalır.

Bunun birinci səbəbi insanın rejimsiz və disiplinsiz olmasından qaynaqlanır. Əgər bir şəxsin rejimi yoxdursa, o həm yeməyə, həm də nəqliyyata normal xərclərdən ən az 2 dəfə çox xərcləyəcək. Rejim insanı həm məsuliyyətli edir, həm də vaxt qazandırır. Rejimsiz insanların isə vaxtı heç nəyə çatmır. Belə olduğu halda ictimai nəqliyyatla 60 qəpiyə gedə biləcəyi yolu taksi ilə 5-6 manata – yəni 10 qat baha gedir. Eynilə yemək mövzusunda da belədir. Səhər yatıb qalmış adam evdən yemək yemədən çıxır və məcbur yeməyi çöldə yeməli olur. Burda xərc 10 qat çox olmasa da, yenə də gündəlik əlavə xərc olur və eyni zamanda sağlamlığa da ciddi ziyan dəyir.

aile budcesi

Gündəlik xərclərin içərisində bizim diqqət etmədiyimiz, çoxumuxun fərqinə vamadığı, amma büdcəmizə təsir edən danışıq və internet xərcləri də yer alır. Bəzən az-az ödədiyimiz üçün gözümüzə görünmür, amma kifayət qədər kontur xərcimiz da yaranır. Bunun səbəbi isə rejimsizliyimiz və bəzən də tənbəlliyimiz səbəbindən yaranan emosional boşluqlarımızdır. Diqqət etdiyimiz zaman görərik ki, hətta iş üçün belə zəng vurduğumuz halda qarşı tərəflə işdən kənar o qədər şey danışırıq ki, iş qalır bir tərəfdə.

 

Bəs bu gündəlik əlavə xərcləri necə qaydasına salmaq olar?

Əslində asandır, amma etmək istəmədiyimiz zaman çətinləşir. Həyatımızda bir rejim, bir disiplin yaratmaq, həm tərkib, həm vaxt baxımından sağlam yuxu və qidalanma və bir az da özümüzə, gördüyümüz işlərə və həyatımıza qarşı məsuliyyət hiss etməklə bizi stressə salan gərəksiz xərclərdən azad ola bilərik. Rejim, disiplin, sağlam həyat tərzi insanı daha yaxşı və rahat yaşadır. Stress və əlavə xərc yaradan rejimsizliyin xaosudur.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir