Venera Ekberova

Azərbaycan dilinin qorunması və inkişafı: müasir çağırışlar və vəzifələr

Baxış sayı: 824

Dil millətin mənəvi varlığının ən möhkəm dayağıdır. Xalqın tarixi yaddaşı, mədəni irsi, dünyagörüşü və milli kimliyi  onun dilində yasayır. Bu baxımdan  ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın  qorunmasının əsas şərtidir.

Əsrlər boyu Azərbaycan xalqı öz mənəvi dəyərlərini və milli  kimliyini  məhz ana dili vasitəsilə  gələcək nəsillərə ötürmüşdür. Azərbaycan dili  dərin köklərə, zəngin söz ehtiyatına və yüksək ifadə imkanlarına malik  olmaqla yanaşı, xalqın ruhunu yaşadan  müqəddəs dəyərlərdən biridir. Buna görə də onun qorunması  və inkişafı  yalnız mədəni məsələ deyil, həmdə milli məsuliyyət və vətəndaşlıq borcudur.

Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi müstəqil dövlətçiliyin  mühüm göstəricilərindəndir. Ümummilli lider Heydər Əliyev ana dilinin qorunmasına  və inkişafına  xüsusi  önəm vermiş, cəmiyyətin bütün sahələrində işlədilməsini təmin edən  mühüm qərar qəbul etmişdir. Onun müəyyən etdiyi dil siyasəti milli özünüdərkin  güclənməsinə xidmət etmişdir. Bu siyasətin  ardıcıl davam etdirılməsi Azərbaycan dilinin  dövlət dili  və ictimai həyatın əsas ünsiyyət  vasitəsi kimi inkişafına geniş imkanlar yaratmışdır.

Müasir dövrdə qloballaşma  və informasiya  texnologiyalarının sürətli inkişafı  dillər  qarşısında  yeni mürəkkəb  çağırışlar yaradır. Xarici dillərin geniş yayılması,sosial mediada  dil normalarının pozulması,yad sözlərin ölçüsüz istifadəsi  ədəbi dilin saflıgına mənfi təsir göstərə bilir. Bu baxımdan H.Ə.Əliyevin“Ana dili xalqın varlığını müəyyən edən əsas amillərdən biridir ” fikri aktuallıq kəsb edir.

İnformasiya  texnologiyalarının geniş  yayılması,rəqəmsal kommunikasiya vasitələrinin dominatlığı və beynəlxalq  əlaqələrinin sürətlənməsi  dil mühitində struktur dəyişikliklərinə  səbəb olur. Bu dəyişikliklər bir tərəfdən terminolojisistemin  zənginləşməsinə şərait yaratsa da ,digər  tərəfdən leksik assimilyasiya,normativ sabitliyinzəifləməsi  və üslubi sadələşmə kimi prosesləri sürətləndirir.

Xüsusilə sosial mediada qeyri -standart dil formalarının yayılması,qeyri-normativ  yazı təcrübəsinin genişlənməsi ədəbi dilin funksional sabitliyi üçün yeni problemlər yaradır.Bu şəraitdə  dilin normativ əsaslarının qorunması ilə kommunikativ çevikliyinin təmin edilməsi  arasında balansın saxlanılması  elmi və praktik əhəmiyyət daşıyır.

dd95b5e7-b943-425c-bcb3-041616f27d6d

 

Müstəqillik dövrundəAzərbaycan dilinin hüquqi dəyərinlərin möhkəmləndirrilməsi dövlət  siyasətinin  əsas istiqamətlərindən biri olmuşdur. Bu siyasətin formalaşmasında  H,Ə,Əliyev tərəfindən  müəyyənləşdirilmiş dil strategiyası mühim rol oynamışdır. Həmin strategiya  dilin dövlət  idarəçiliyində,təhsil sistemində və ictimai  kommunikasiya  sahələrində geniş tətbiqini  təmin etmişdir.Dövlət  səviyyəsində dil siyasətinin  elmi və üslubi təminatı əsasən  Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən  həyata keçirilir.  Qurumun  dilçilik istiqamətində  apardığı tədqiqatlar  orfoqrafiya ,terminologiya  və normativ bazanıninkişafına  xidmət etməlidir.  Dövlət Dil Komissiyası isə ədəbi dilin qorunması ,dil mədəniyyətinin təbliği  istiqamətindəmühüm fəaliyyət göstərməlidir.

Azərbaycan dilinin gələcəyi  gənc nəslin bu dilə münasibətindən asılıdır.Təhsil sistemində ana dilinin tədrisinin  gücləndirilməsi ,ədəbi dil nümunələrinin  öyrədilməsi və maarifləndirmə tədbirləri dilin inkişafını  ön plana çəkir.Ana dilində səlis danışmaq ,düzgün yazmaq,ədəbi norma və qaydalara əməl etmək  hər bir gəncin mənəvi borcudur.Yadda saxlamaq lazımdır  ki,dilə sevgi milli kimliyə sədaqətin ifadəsidir.

Azərbaycan dilinin qorunması və inkişafı milli varlığın davamlılığının  əsas təminatıdır.Dilə qayğı göstərmək yalnız mədəni  irsi qorumaq  deyil, həm də xalqın gələcəyini qorumaq deməkdir. Müasir çağırışlara baxmayaraq, dövlətin məqsədyönlü siyasəti ,elmi yanaşma  və cəmiyyətin  məsuliyyətli  mövqeyi  sayəsində  Azərbaycan dili  öz zənginliyini və mənəvi gücünü qoruyaraq inkişaf edəcəkdir.

Ana dilinə sahib çıxan xalq öz tarixini yaşadır,mədəniyyətini qoruyur və gələcəyini inamla qurur.Dilimizi  qorumaq, milli kimliyimizi qorumaq deməkdir.Müasir çağırışlara baxmayaraq ,düzgün dil siyasəti  və cəmiyyətin  fəal  iştirakı  ilə Azərbaycan dili gələcək  nəsillər üçün  də öz zənginliyini  və gözəlliyini  qoruyub saxlayacaqdır.

 

Filoloq Venera Əkbərova




2 şərh “Azərbaycan dilinin qorunması və inkişafı: müasir çağırışlar və vəzifələr

  1. Ulduz Həsənova

    Men de dusunurem ki, dilin qorunmasi sadece medeni mesele deyl, hem de her birimizin mesuliyyetidir. Sosial mediada dilin safliginin pozulmasi cox problem yaradir, buna qarsı mübarize aparmaq vacibdir.

    Cavabla
  2. Aysel

    Muellifin dile yanaşmasi cox mentiqlidir ve derin anlam dasiyir. Dilin inkisafinin müasir dövrdeki çətinliklerine diqqat çekerek, hem de gelecek nesiller üçün nezərdə tutulan strateji yanaşmalar cox yerindedir. Bu yanaşma cox önəmlidir ve dilin gelecəyine umid verir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir