komputer_oyunlari

Kompüter oyunlarının yaddaşı gücləndirməsi yalan çıxdı

Baxış sayı: 1. 410
Kompüter oyunlarının insan beyninə müsbət təsir etməsi ilə bağlı iddia öz təsdiqini tapmayıb. Berlin və Stanfordlu alimlər kompyüter oyunları hazırlayan firmaların reklamlarında tez-tez istifadə etdikləri və müştərilərə təsir edən “mütəxəssislər tərəfindən hazırlanıb” cümləsinin həqiqəti əks etdirmədiyi nəticəsini əldə edib. Müxtəlif ölkələrdən 70-dən artıq nevroloq və psixoloq aydınlaşdırıb ki, beyin gimnastikasını təmin edən kompyüter oyunları yaşlılıqla bağlı zehni qabiliyyət faizini aşağı salmır, amma heç yuxarı da qaldırmır. Oyunlar insan yaddaşını əsla gücləndirmir. Max Planck İnstitutundan Ulman Lindenberger fiziki olaraq aktiv olan, sosial həyata qatılan və zehni olaraq da oyaq qalan insanların zehni baxımdan daha sağlam yaşlanma şansının olduğunu dedi. Beyin və davranışların irəliləyən yaşlarda da idmana, gimnastikaya öyrəşdirməyin mümkünlüyü də elmi araşdırmaların nəticələri sırasındadır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir