saç

Ombre saçlara ziyandırmı? – Məşhur saç ustasından düzgün baxım qaydaları

Baxış sayı: 2. 217

Yayda zövq aldığımız günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz saçlarımız üçün problem yarada və daha da korlaya bilər.

“Gencaile.az” Aile.lent.az-a istinadən məşhur türk saç ustası Atilla Dəmirəlin 2015 saç trendləri və baxımı ilə bağlı tövsiyələrini təqdim edir.

Yay mövsümündən sonra saçlara gündəlik baxım necə olmalıdır?

Yay aylarında saçlar əsasən soyuq su ilə yuyulur və insanlar bunun faydalı bir şey olduğunu düşünürlər. Halbuki soyuq su ilə saçları yumaq saç soyuqlamasına və üz iflicinə səbəb olur. Ən yaxşı baxım üsullarından biri saçların ilıq su ilə yuyulmasıdır.

Saçları gündə neçə dəfə daramaq lazımdır?

Saçları gündə bir dəfə daramaq çox faydalıdır. Ancaq doğru darağı seçmək də bu işdə çox önəmlidir. Ucları toplu, sərt olmayan daraqları seçin. Darandıqca saç dibinə masaj edən daraq sayəsində qan axını tənzimlənir və saç dibləri oyanır.

Evdə edə biləcəyiniz saç maskaları faydalıdırmı?

Evdə saçınıza baxım üçün zeytun yağlı, badam yağlı, yumurtalı maskalar edirsiz. Bir az saxladıqdan sonra yuyursuz. Ancaq bu maskanın saçdan tam təmzilənməsi üçün saçları 3 dəfə yumalısız. Bu da saçlara ziyandır. Saçlarınıza baxım edərkən daha çox korlanmasına və yağ balansının pozulmasına səbəb olursuz.

Bəs saçlara necə qulluq edək?

Saç qulluğu üçün apteklərdə satılan saç məhsullarından faydalana bilərsiz. Bundan başqa qəbul etdiyiniz vitaminlər, qidalanma və yaşam tərzi də saç sağlığı üçün əhəmiyyətlidir.

Boyadan yanan saçlar üçün nə etməliyik?

Yanan saçları əvvəlki halına qaytarmaq mümkün deyil. Saçları yanmış birinin edə biləcəyi ən yaxşı şey üz şəkilinə uyğun qısa saç kəsimi etdirməsidir.

Saç kremi saçların tökülməsinə səbəb olurmu?

Saç kremləri saç diblərinə dəyməyəcək şəkildə istifadə edildiyi halda ziyanı olmaz. Parabensiz şampunlardan istifadə edin.

İkisi bir arada olan şampunları istifadə etmək olarmı?

Parabensiz və sulfatsız şampun istiafdə edin. İkisi bir arada şampunlar saç diblərinin tutulmasına səbəb olur.

2015 saç trendləri hansılardır?

Narıncı, qızılı, qəhvə… Bu il saç trendləri sırasında daha çox bu rənglər yer alır. Yaş fərqinə görə də dəyişən rənglər var.

Son zamanların çoz üstünlük verilən saç boyama üsulu hansıdır?

Bu ilin ən çox üstünlük verilən saç boyama üsulu ombredir. Daha təbii, daha az korlaan və saç rəngini bütün dəyişməyən boyama sistemi ombrenin tam olaraq ziyansız olduğunu demək olmaz.

Hansı qadınlar hansı saç rəngləri seçsin?

Açıq dərililər narıncı, qızılı, qızıl qəhvə tonları seçə bilər. Dərinizinə rənginə uyğun saç rəngi seçin. Bu ilin saç kəsimləri sırasında ekstrem kəsimlər dəbdədir. Kəskin küt saçlar, qısa cəsarətli saçlar  buna nümunədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir