dondurma

Cəmi beş dəqiqəyə ev şəraitində dondurma - 3 inqrediyentdən ideal resept

Baxış sayı: 535

İsti mövsüm həm uşaqların, həm də böyüklərin sevdiyi soyuq və ləzzətli dondurmanın vaxtıdır. Bu şirniyyatı ev şəraitində rahatlıqla hazırlamaq olar.

Ev dondurmasının çoxsaylı variantları mövcuddur sadə və büdcəyə uyğun reseptlərdən mürəkkəb və daha fərqli dadlara qədər.

Beləliklə, sizə ən sadə və ən dadlı dondurma reseptini təqdim edirik.

 

Tərkibi:

Qaymaq (slivki) – 600 ml
Qatılaşdırılmış süd – 1 banka
Vafli korjları (vafli yarpaqları) – 2 ədəd

dondurma

Hazırlanması:

Qaymağı mikserlə qalınlaşıb möhkəm köpük halına gələnə qədər çalın. Daha sonra qatılaşdırılmış südü əlavə edib kütlə tam homogen olana qədər yenidən qarışdırın. Kvadrat və ya dairəvi soba qabını (vaflinizin formasına uyğun olaraq) perqament kağızı və ya qida plyonkası ilə örtün. Alt hissəyə bir vafli yarpağı yerləşdirin. Hazırladığınız qaymaqlı qarışığı üzərinə töküb bərabər şəkildə yayın və ikinci vafli yarpağı ilə örtün. Bir qədər basdırın və bir neçə saatlıq dondurucuya qoyun. İstəyə görə meyvə ilə və ya əlavəsiz servis edə bilərsiniz.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir