tort

Yay axşamlarının ideal şirniyyatı - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 537

İçi nəmli, yumşaq və son dərəcə ətirli olan bu keks məxməri teksturası, tünd şokolad parçaları və şirəli albalıları ilə yay süfrələrinin əvəzolunmaz desertlərindən biridir.

Beləliklə. “Gencaile.az” saytının “my_sweet_house_1“ adlı instagram səhifəsinə istinadən təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu resepti təqdim edirik:

Lazım olan ərzaqlar

150 qram yumşaldılmış kərə yağı

130 qram şəkər tozu

10 qram vanilli şəkər

3 yumurta

45 qram kakao

100 qram tünd şokolad (55-70 faiz)

250 qram un

10 qram qabartma tozu

1 çimdik duz (təxminən 3 qram)

500 qram çəyirdəyi çıxarılmış albalı

1 çay qaşığı həll olunan qəhvə

½ çay qaşığı darçın

1 çimdik üyüdülmüş hil

1 çimdik muskat qozu

tort

Hazırlanması

Yumşaldılmış kərə yağını şəkər tozu və vanilli şəkərlə açıq rəng alıb köpüklənənədək mikserlə çalın. Yumurtaları bir-bir əlavə edin və hər yumurtadan sonra kütləni yaxşıca çalın. Daha sonra kakao əlavə edib qarışdırın. Tünd şokoladı iri hissələrə doğrayın və albalı ilə birlikdə maye qarışığa ehtiyatla əlavə edin.

Unu ələkdən keçirərək hissə-hissə qarışıma qatın. Ardınca qabartma tozu, duz və ədviyyatları əlavə edib xəmiri yaxşıca qarışdırın. Hazır xəmiri perqament kağızı sərilmiş keks formasına tökün. Əvvəlcədən 170°C-yə qədər qızdırılmış sobada təxminən 55–65 dəqiqə bişirin.

Keksin hazır olub-olmadığını taxta çöp vasitəsilə yoxlayın. Çöpün üzərində nəm qırıntılar qala bilər, lakin çiy xəmir izi olmamalıdır.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir