2

“Demək olar ki, futbolla birlikdə doğulmuşam” - MÜSAHİBƏ

Baxış sayı: 335

Futbol onun üçün sadəcə peşə deyil, bütün həyatını həsr etdiyi bir sevgidir. 1988-ci ildən peşəkar məşqçi kimi fəaliyyət göstərən Qyoko Hacıyevski müxtəlif ölkələrdə çalışıb, dünyanın bir çox yerində futbol təcrübəsi qazanıb. Azərbaycan futbolsevərlərinə isə Azərbaycan milli komandasının, eləcə də müxtəlif vaxtlarda “Bakı” və “Simurq” klublarının baş məşqçisi kimi tanışdır. “Gencaile.az” saytının “Ailədən danış” rubrikasında qonaq olan müsahibimizlə futbola gedən yolundan, ailəsinin onun karyerasındakı rolundan, nəvəsinin futbolçu olmasından, Azərbaycanda çalışdığı illərdən və məşqçilik peşəsinin ona qazandırdıqlarından danışdıq. Hacıyevski söhbət zamanı bir fikri xüsusi vurğuladı: yenidən dünyaya gəlsəydi, yenə futbolçu və futbol məşqçisi olardı.

 7

– Valideynləriniz futbolçu olmaq istəyinizə necə reaksiya verdilər?

Valideynlərim müəllim idilər, atam isə həm də futbol məşqçisi idi. Buna görə də mən hələ 5 yaşımda onun məşqlərinə və oyunlarına gedirdim. Demək olar ki, futbolla birlikdə doğulmuşam.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

Mən memarlıq üzrə təhsil alırdım. Memarlıq üzrə orta məktəbi bitirdim və memarlıq fakültəsində bir il oxudum. Lakin eyni zamanda fəal şəkildə futbol oynamağa başladım. Memarlıq təhsili ilə futbol klubunda peşəkar fəaliyyətimi bir araya gətirmək mümkün deyildi. Buna görə də Bədən Tərbiyəsi fakültəsinə, yəni idman universitetinə daxil olmaq qərarına gəldim və oranı bitirdim.

Demək istəyirəm ki, özümü başqa heç bir peşədə görmürdüm. Düşünürəm ki, futbola böyük sevgi ilə bu gün də fəal şəkildə məşğul oluram.

 

– Evlənmək qərarına gələndə gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmaq məsələsində tərəddüd edirdimi?

Biz Skopyedə tələbə idik. Təsadüfən tanış olduq və sevgimiz çox sürətlə inkişaf etdi. Beş ay sonra nişanlandıq, ailələrimiz bir-birinə söz verdilər. Növbəti dörd ay ərzində isə böyük toy mərasimimiz oldu. Gələcək həyat yoldaşım futbolçu ilə ailə qurmaq məsələsində tərəddüd etmirdi. Onun atası həkim idi, eyni zamanda vaxtilə Makedoniyanın ikinci ən böyük klubu olan “Pelister”in prezidenti olmuşdu. Hər iki ailəmiz futbolla bağlı idi. Yeri gəlmişkən, həyat yoldaşım da həkimdir, ginekoloqdur. Böyük qızım Stefanija da tanınmış həkim-anestezioloqdur və “Acıbadem Sistina”da çalışır. Onun oğlu, yəni mənim nəvəm – Georg Stojanovski isə iki ay əvvəl Qətərin “Lusail” FK klubu ilə müqavilə imzalayıb.

 

– Dediniz ki, nəvəniz sizin peşənizi davam etdirir. Onun futbolçu olması sizin istəyiniz idi, yoxsa o özü də futbola maraq göstərirdi?

Onun futbolçu olması mənim böyük arzum idi. Mən onunla iki yaşından məşğul olmağa başlamışam. O, kiçik yaşlarından çox istedadlı idi və Makedoniyanın gənclər futbolu üzrə yaş qruplarında həmişə ən yaxşı oyunçulardan biri olub. “Vardar” FK-nın əsas komandasında isə cəmi 16 yaşında oynamağa başladı.

ftbk

– Futbolçu və məşqçi peşəsinin xüsusiyyəti belədir ki, adətən evdən uzaqda olursunuz. Məsələn, Azərbaycandan başqa, bir neçə ölkədə də çalışmısınız. Ailənizdən uzaqda olduğunuz zaman ən çox hansı çətinliklərlə üzləşirdiniz?

Ailədən ayrı olmaq çətindir. Məşqçilik peşəsi belədir və ailəniz naminə müəyyən fədakarlıqlara hazır olmalısınız. Bununla belə, işlədiyim yerlərə ailə üzvlərimin gəlməsini təmin etməklə və onlarla hər gün telefonla danışmaqla bu ayrılığı kompensasiya etməyə çalışıram.

5

Sizcə, futbolçunun ailə qurmasının müsbət və mənfi tərəfləri hansılardır?

Məni ən çox insanların səmimiliyi təəccübləndirdi. Burada cinayətkarlar yox idi, insanlar ünsiyyətə, dostluğa, sevincə və işləməyə həvəsli idilər. Çoxlu gənc dünyanın ən yaxşı universitetlərində təhsil alır. Bundan əlavə, bütün insanlarda dövlətə və Azərbaycanın dünyada tanıdılmasına, nüfuzunun artırılmasına böyük sevgi hiss olunur. Yeni Azərbaycanın inkişafına istiqamət verən Heydər Əliyevə böyük hörmət bəslənilir. İnsanlar onun gördüyü işlərə böyük ehtiramla yanaşırlar. Təbii ki, onun oğlu, hazırkı prezident İlham Əliyevə də hörmət böyükdür. O, dünyanın bir çox ölkəsi ilə dostluq əlaqələri quran və Azərbaycanın bütün sahələrdə əldə etdiyi böyük tərəqqidə mühüm rolu olan şəxs kimi tanınır.

 

Siz müxtəlif dövrlərdə “Bakı” və “Simurq” klublarında, həmçinin Azərbaycan milli komandasında çalışmısınız. Nə üçün ölkəmizdəki iş yerlərinizdən ayrıldınız və sonradan Azərbaycandan hər hansı təklif almısınızmı?

“Bakı” FK və “Simurq” klubları ilə münasibətlərim həmişə səmimi və təmiz qalacaq. Ayrılmağımızın səbəbi nə mənim, nə də hər iki klubun rəhbərliyinin narazılığı ilə bağlı idi. Sadəcə, bəzən klublarda vəziyyət dəyişir və ayrılıq qaçılmaz olur. Təfərrüatları açıqlamaq istəməzdim. Klubların fəaliyyətinə kənardan təsir edən bəzi dəyişikliklər baş vermişdi. “Bakı” klubunda ömürlük dostlar qazandım, “Simurq”da isə çox yaxşı insanlarla tanış oldum. Beləliklə, münasibətlərimiz həmişə ən yaxşı şəkildə qalacaq.

8

– Futbol sizə çox şey qazandırıb. Bəs bu peşənin sizdən aldığı ən böyük şey nə olub?

– Futbol mənə hər şeyi verib. Mən 1988-ci ildən peşəkar məşqçiyəm və futboldan başqa heç vaxt başqa işim olmayıb. Bütün diqqətim və sevgim futbola yönəlib. Mən də futbola özümdən hər şeyi vermişəm: sevgimi, fədakarlığımı, məsuliyyətimi, peşəkarlığımı və nəticələrimi. Dünyanı iki dəfə başdan-başa gəzmişəm, elə bir qitə yoxdur ki, orada olmamışam. Avstraliya, ABŞ, Cənubi Amerika, Asiya, Afrika, Avropa — bütün qitələrdə olmuşam. Futbol mənə bundan artıq nə verə bilərdi ki? Yenidən dünyaya gəlsəydim, yenə futbolçu və futbol məşqçisi olardım.

 

Söhbətləşdi: Tural Məmmədov

2

3

4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir