00

15 yaşlı azərbaycanlının inanılmaz ixtirası – VİDEO

Baxış sayı: 1. 629

Azərbaycanlı 15 yaşlı gənc İsmayıl Şirzadov maraqlı və qeyri-adi ixtiraya imza atıb

“Gencaile.az”  anspress-ə istinadən xəbər verir ki, gənc oğlan səsli əmrlərlə komputer sisteminin idarə olunmasını təmin edən proqram kəşf edib. İsmayılın sözlərinə görə, o, komputerə toxunmadan səslə istədiyi axtarış proqramlarına daxil ola bilir.

Videodan da göründüyü kimi, proqram açıldığı zaman istifadəçinin qarşısında onun yaradıcısı haqqında qısa məlumat verən kiçik bir pəncərə açılır. Ardınca “Proqrama keçid” bölməsinə daxil olan kimi burada sadə dizaynda olan pəncərədən istifadəçi proqramın arxa və ya ön planda işə düşməsini seçir.

Proqram dərhal işə düşür. Hər dəfə yeni pəncərə açılarkən proqram Azərbaycan dilində salamlayır. Maraqlısı odur ki, proqram arada istifadəçinin hal-əhvalını da ingilis dilində “How are you?” deyərək soruşur.

Gənc ixtiraçının proqramla bağlı görüntüləri

İstedadlı gəncin sözlərinə görə, o, bu proqramı, komputerdən gələn şualanmanın qarşısını nisbətən almaq məqsədi ilə ixtira edib. Eyni zamanda, yeni kəşfin köməkliyi ilə görmə qüsurlu şəxslər də asanlıqla istənilən sosial şəbəkələrdən istifadə edə bilərlər.

İsmayıl hazırda proqramın üzərində təkminləşdirmə işlərini aparmaqla onun imkanlarını daha da genişləndirmək istəyir. Məktəbli tezliklə bizi daha başqa ixtirası ilə təəccübləndirmək fikrindədir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir