Artıq çəkidən xilas olun: SU İÇƏRƏK!

Baxış sayı: 1. 711

Gündə 8 stəkan su içməklə siz özünüzü artıq çəkidən qorumaqla yanaşı, arıqlaya da bilərsiniz. Ola bilsin ki, məsləhət sizə məntiqsiz görünsün, lakin təcrübə göstərir ki, bu həqiqətən də belədir.

Artıq qeyd etdiyimiz kimi, susuzluğu asanlıqla aclıq hissi ilə qarışdırmaq mümkündür. Yemək arzusunda olduqda  1-2 stəkan su için. Ola bilsin ki, aclığınız tezliklə keçsin. Orqanizmdə suyun miqdarı azaldıqda böyrəklər normal qaydada işləyə bilmir. Bu halda onların işinin müəyyən hissəsini qaraciyər öz öhdəsinə götürür. Qaraciyərin əsas funksiyalarından biri də yağları enerjiyə çevirməkdir. Qaraciyər həddən artıq yükləndiyi zaman isə yağları həzm edə bilmir. Bir-iki stəkan su için ki, qaraciyəriniz sizə artıq kilolardan azad olmaqda kömək etsin.

Artıq çəkiyə malik olan insanlara daha çox su tələb olunur. Kök adamlara hər 10 kq artıq çəkiyə 1 stəkana yaxın əlavə su lazımdır.

Beləliklə, əgər siz arıqlamaq istəyirsinizsə, istifadə etdiyiniz kaloriləri azaldıb, qidanızdakı karbohidrat miqdarını artırın. Bundan əlavə, hər gün piyada ən azı 5 km yol gedin və gün ərzində 12 stəkan soyuq su için.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir