Can nənə, bir nağıl de..

Baxış sayı: 3. 512

İnsanların 54 faizi uşaqlarına nağıl oxumağı sevir. Onların 27 faizi bunu hətta telefon vasitəsilə edir. Valideynlərin 34 faizi isə körpəsinə yuxudan əvvəl nağıl danışa bilmədiyinə görə özünü qınayır…

“The Daily Mail” yazır ki, “Butlins” şirkətinin alimləri 2000 könüllü valideyn arasında sorğu əsasında bu qənaətə gəliblər.

Tədqiqatın nəticələrindən məlum olub ki, böyüklər öz körpələrini yatızdırmaq üçün orta hesabla 164 saat 15 dəqiqə vaxt sərf edirlər. Bununla belə, valideynlərin 19 faizi bildirib ki, yeni dərs ili qabağı bunu etmək daha çətindir. Valideynlərin 51 faizi yatmazdan əvvəl uşaqlarına müxtəlif əhvalatlar danışır. Amma onların 8 faizi etiraf edib ki, bu işin öhdəsindən yetərincə yaxşı gələ bilmir.

Şirkətin əməkdaşları 7 yaşa qədər 1000 uşaq arasında sorğu apararaq müəyyən ediblər ki, uşaqlardan 56 faizi nağılı müxtəlif səslərdə eşitməyi sevir, 25 faizi nağıla tamaşa etməyə üstünlük verir (AZƏRTAC).

Bundan əlavə, uşaqların çoxu əjdahalar, pərilər və sehrbazlar haqqında nağılları, o cümlədən, 36 faizi hadisələri qəsrdə cərəyan edən, 18 faizi uydurma sehrli ölkə haqqında, 19 faizi meşə, 8 faizi kosmosla bağlı, 21 faizi atlı qəhrəmanlar, 14 faizi uçan avtomobillər, 9 faizi sehrli xalça haqqında nağılları sevir. Bəzən uşaqlar qeyri-adi mövzularda, məsələn, işıqsaçan qılınclar və “Doktor Kim” haqqında nağıllar dinləmək istəyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir