seriallar

Hər serialda tərəf müqabilini sevən məşhurlar – siyahı+fotolar

Baxış sayı: 1. 817

Bəzən seriallarda qəhrəmanlar o qədər rola uyğun davranırlar ki, sonda tərəf mqabillərinə həqiqətən aşiq olurlar.

Bəziləri isə hər serialın çəkilişində yeni sevgi tapır.

“Gencaile.az” Türkiyə mediasına istinadən belə məşhurları təqdim edir.

 

Son dövrlərin ən çox müzakirə edilən cütlüyü Burçin Terzioğlu ilə İlker Kalelidir. Cütlük “Poyraz Karayel” serialında birlikdə rol alır. Ssenariyə görə başlayan sevgi münasibətləri həyatda da davam edir.

İlker Kaleli daha öncə də “Kayıp Şehir”dəki tərəf müqabili Gökçe Bahadır ilə sevgi yaşamışdı.

Burçin Terzioğlu isə bir müddət əvvəl boşandığı Murat Yıldırım ilə “Fırtına” serialında tanış olmuşdu.

Tuba Büyüküstün də sevgini çəkiliş meydançasında tapan məşhurlardandır. Onu kütləyə tanıdan “İhlamurlar Altında” layihəsində Bülent İnal ilə sevgili olan aktrisa serialdan sonra ondan ayrılıb.

Büyüküstün bir müddət “Asi”də serialın ekran rejissoru Sami Saydanla da sevgili olub.

Lakin o, ən böyük sevgisini “Gönülçelen”in heyətində tapıb. Tərəf müqabili Onur Saylak ilə ailə quran aktrisanın hazırda iki qızı var.

Deniz Çakır “Yaprak Dökümü”ndəki Nihat Altuğ Altınkaya ilə bir dönəm romantik münasibət yaşayıb.

Deniz Çakır “İffet” serialındakı tərəf müqabili İbrahim Çelikkol ilə də münasibət yaşayıb.

Birce Akalay “Yer Gök Aşk” serialında aktyor Murat Ünalmış ilə həyatda da eşq yaşayıblar. Bir müddət sonra ailə quran cütlük qısa zamanda qalmaqallı şəkildə də boşanıb.

Aktrisa rol aldığı “Küçük Ağa”da Sarp Levendoğlu ilə sevgili olur və bir müddət sonra ailə qurub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir