Çox arıq olanlar, nə edirlər etsinlər, çox istəsələr də kökələ bilməyənlər – onları heç düşünən yoxdur sanki.
Onlar onsuz da arıqdır. Arıqlıq da bütün dünya üçün yaxşı bir göstəricidir. Siz bunu onların özündən soruşun. Kökəlmək istəyənlərə “ye də, yesən kökələrsən” deyiriksə, onda arıqlamaq istəyənlərə də pəhriz məsləhət görmək yerinə “yeməsən, arıqlayarsan” deməliyik.
Məntiqlə düşünsək hər iki tərəfin də işi çətindir.
Niyə arığam?
Arıqlığın da bir, ya bir neçə səbəbi var. Əgər ananız 40, atanız 50 kilodursa, 43 kilo olmanız normaldır. Arıqlıq ailədən gələn bir xüsusiyyət ola bilər. Metabolik bir problem, həzm pozuntuları, tiroid, qarın boşluğu xəstəliklərində də arıqlıq görülə bilər. Əgər qəfildən çox arıqlamsızsa, daxili xəstəliklər, endokrin xəstəliklərlə bağlı mütəxəssis yanına gedin.
Əgər hər şey normaldırsa…
Müayinədən keçdiniz, hormonlar normal və heç bir probleminiz olmadığı halda hələ də arıqsızsa, onda iştahanıza diqqət edin. İştahanız varmı? Az yediyi və iştahasız olduğu üçün arıq olan, bir də çox yediyi halda kökələ bilməyənlər var. Ancaq ümumilikdə çox yediyini düşünənlərin yediklərini toplasaq, ehtiyac olan qədər yemədikləri ortaya çıxar. Kalori artırmaq kilo almağa kömək edir. 2 gün deyil, hər gün kalori ehtiyacınızı tamamlamağa çalışın.
Amma acmıram
Acmasanız belə, kalori qəbulu üçün tez-tez, az da olsa yeməlisiz. Çox acmağı gözləmədən ara saatlarda da nəsə yeyin.
Ən gözəl kalori artırmaq üsulu ara saatlarda bol qoz, badam, fındıq, fıstıq, quru ərik, quru əncir, quru üzüm, xurma, tum yeməkdir.
Stressli anlarda da insanlar iştahsızlıq yaşadığından arıqlaya bilirlər. Buna imkan verməyin.
Kökəlmək üçün 20 əncir qurusu, 20 qoz, toz darçın və vanili bir qaba əlavə edib üzərinə 1 st süd, 1 st şəkər tozu əlavə edib suyu özünə çəkənə kimi bişirin. Sonra üzərinə Hindistan qozu əlavə edib yeyin.