İnsan üçün həyati vacib 10 ŞİRNİYYAT

Baxış sayı: 1. 617

İnsanın qida rasionunun ayrılmaz hissəsi şirniyyatdır. Son dövrlərdə şirniyyatlar əleyhinə nə qədər kampaniya aparılsa da, bir fakt məlumdur ki, şirniyyat insan orqanizmi üçün həyati vacibdir. İnsan kalorili, kimyəvi şirniyyatı təbii şirniyyatla əvəz etsə, ondan daha çox fayda görə bilər, nəinki ziyan…

“Gencaile.az” trend-ə istinadən həkimlərin etibar etdiyi və artıq tibbdə sınaqdan çıxarılmış həyati əhəmiyyət daşıyan 10 şirniyyatı təqdim edir.

Qara şokolad

Siz südlü şokoladın əvəzinə qara şokolada üstünlük verməlisiniz. Onun həm kalorisi, həm də şəkəri azdır. Əvəzində daha çox faydalı maddələr vardır: antioksidantlar, flavonoidlər, kalsium, zülal, dəmir, maqnezium və vitaminlər.

Zefir

Azkalorili olub, tərkibində əzələləri möhkəmləndirən dəmir, fosfor və zülallar vardır.

Marmelad

Tərkibində təbii pektinin olmasına görə çox faydalıdır. Pektin xolesterinin miqdarını aşağı salır, toksinləri çıxarır, mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Bununla yanaşı marmeladın kalorisi olduqca azdır.

Pastila

Pastilanı istədiyiniz qədər yeyə bilərsiniz. O da marmelad kimi radiasiyanın mənfi təsirini azaldır və ağır metal duzlarını orqanizmdən çıxarır.

Bal

Balın tərkibində şəkərdə olduğu qədər kalori vardır. Lakin o, şəkərdən şirindir. Şəkəri balla əvəz etdikdə ondan 2 dəfə az miqdarda götürmək lazımdır. Bundan başqa balın tərkibində orqanizm üçün vacib olan vitamin, mineral və aminturşular var. 100q balın tərkibində sutkalıq maqnezium, manqan və dəmir var. Təbii ki, söhbət təbii baldan gedir.

Halva

O, nəinki çox dadlıdır, həm də orqanizmə gəncləşdirici təsir edir. A, E və B qrup vitaminləri olması dəriyə çox yaxşı təsir edir. Məlumdur ki, halva qədim zamanlardan bəri kosmetik vasitə kimi də istofadə oçunur. Ondan düzəldilən maska quru dəri üçün idealdır.

Sukat- meyvə quruları

Tərkibində bir çox qiymətli vitaminlər və antioksidantlar var. O, yaddaşı yaxşılaşdırır, yorğunluğu götürür və əsəbləri nəzarətdə saxlayır. Bununla yanaşı azkalorili və faydalıdır.

Mürəbbə

Mürəbbə vitamin və mineral mənbəyidir. Mürəbbə bişirərkən meyvələr faydalı xüsusiyyətini saxlasın deyə onu çox qaynatmaq yox, beş dəqiqə bişirməklə və ya soyuq cem kimi hazırlamaq lazımdır. Ən faydalı mürəbbə moruq, heyva, qarağat və qoz mürəbbəsi hesab olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir