Chinese_meal

Mətbəx inqilabı başlanır: yeməklər dəyişəcək

Baxış sayı: 2. 990

Kulinarlar və mətbəx xiridarları, habelə dadlı yeməkləri sevən qurmanlarla yanaşı, hamımızın həyatında dəyişikliklər dövrü başlayır.Chinese_meal

Çünki indi adət etdiyimiz və gündəlik qida saydığımız təamlar belə fərqli ola bilər. Yaşıl çörək, qırmızı xiyar, bürüncü armud, gümüşü çiyələk görsəniz, təəccüblənməyin. Onlar kimyəvi və ya genetik təcrübələrin nəticəsi, zəhərli məhsullar deyil. Həmin təamlar sadəcə, kulinariyada inqilab edəcək boya ilə rənglənib. Dünyada ilk dəfə olaraq insan orqanizmi üçün tamamilə zərərsiz olan boya-sprey hazırlanıb.

Hazırda istifadə olunan qida boyaları və rəngləndirici maddələrdən fərqli olaraq, laborator sınaqları bu spreyin insan üçün ən cüzi təhlükə belə, kəsb etmədiyini göstərib.

Food Finish adlanan sprey aerozol bankalarındadır və bu sprey vasitəsilə istənilən təama istənilən rəng vermək mümkündür.

The Deli Garage şirkətinin istehsal etdiyi sprey artıq 21,5 dollara satılır.

Gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir