qardirob

Qarderobunuz səliqəli olsa…

Baxış sayı: 1. 463

Bir yerə hazırlaşarkən vaxtın çox hissəsi paltarları axtarmaqla keçir. Bəs vaxt itkisinin qarşısını necə almaq olar? – Əlbəttə ki, qarderobu səliqəli saxlamaqla.

Əgər qarderobda hər şey öz yerində olsa, nə paltar axtarmağa vaxt itər, nə də gedəcəyiniz yerə gecikərsiniz. Bunun üçün, ilk növbədə, asılqanlardan başlamalısınız, yəni asılqanların ölçüsü mümkün qədər kiçik olmalıdır ki, paltarı asanlıqla görə biləsiniz. Asdığınız paltarların çiyinlərinə süngər keçirin ki, ütüləməyə ehtiyac qalmasın. Zinət əşyalarını tez tapmaq üçün içi dayaz kiçik qutulara qoyun. Bunu kosmetik vasitələr üçün də etmək olar.

Hündürdaban ayaqqabılar yaralara və ağrılara səbəb olur

Ayaqların sağlamlığı üçün uzunluğu dörd santimetrdən çox olmayan ayaqqabılar seçmək lazımdır. Dabanı ifrat dərəcədə uzun və sivriburunlu ayaqqabılar ayağa ağrı verməklə yanaşı, yaraların əmələ gəlməsinə və barmaqların əyilməsinə səbəb olur. Belə ayaqqabılar hətta onurğa sütununda belə, zədələr meydana gətirir. Əslində ayaqqabı dar, sivriburunlu, sərt olmamalıdır. Ayaqqabının yumşaq, təbii dəridən olması ayağın sağlam qalması üçün daha faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir