Qaz tükü gödəkçələri seçərkən diqqət edilməli məqamlar

Baxış sayı: 1. 453

Qaz tükü gödəkçə – müasir kişilər arasında ən çox yayılmış geyimdir. O rahatdır, yüngüldür, islanmır və asanlıqla yuyulur. Üstəlik qiyməti istənilən palto və dəridən ucuzdur. Lakin qaz tükü gödəkçələrinin seçimində diqqətli olmalı və bəzi məqamları gözdən qaçırmamalısınız.

Pərğu və tükün nisbəti

Bilin ki, əsas isti saxlayan element pərğudur. Məhz pərğu bədəni lazımı istilikdə saxlayır. Lakin belə gödəkçələrdə tükdən də istifadə olunur. Əsas o dur ki, tükün nisbəti nə qədərdir. Əgər etiketdə belə nisbət 70/30 kimi qeyd edilirsə, demək burada 70% pərğu, 30% isə tükdən istifadə olunub. Məlumatınız olsun ki, pərğunun nisbəti nə qədər çox olarsa, gödəkçə bir o qədər isti saxlayacaq. Pərğu ən azı 50% təşkil etməlidir. Əks halda gödəkçəni almağa dəyməz.

Elastiklik

Elastiklik altında pərğunun ilk vəziyyəti tez alması nəzərdə tutulur. Pərğunun elastiklik göstəricisi – FillDown və ya FP. Yaxşı gödəkçədə bu göstərici 800-550 FP çərçivəsində olmalıdır. Əlinizlə də yoxlaya bilərsiniz. Gödəkçəni bükün, nə qədər çox yığılacaqsa, bir o qədər yüksək elastikliyə malik olduğu deməkdir.

İsti saxlamaq qabiliyyəti

Etiketdə bu faktor CLO kimi qeyd olunur və onun yanında 1-dən 3-ə kimi rəqəmlər durmalıdır. Əgər 1 rəqəmi görsəniz, bilin ki, maksimum -15 dərəcəyə qədər sizin bədəninizi isti saxlayacaq, 3 isə maksimal istilik göstəricisidir.

Xüsusi pərğu torbaları

Keyfiyyətli qaz tükü gödəkçələrində pərğu astara xüsusi torbalarda yerləşdirilir. Əgər tikişlərdən pərğunun çıxdığını görsəniz, bilin ki, burada torbalardan istifadə edilməyib.

Pərğunun rəngi

Ən bahalı və keyfiyyətli olan düm ağ pərğu hesab olunur. Bəzən alternativ olaraq, boz ördək pərğusu və ya pərğu və tük qarışığı istifadə olunur.

Kənar materiallar

Bəzən sintepon və sair kənar materiallardan istifadə edilir. Bilin ki, bunlar yetərincə isti saxlamayacaq. Əgər etiketdə polyester yazısı görsəniz, başqasını almağı məsləhət bilirik.

Tikiş

Tikişin yaxşı olması keyfiyyət göstəricisidir. Bahalı kişi qaz tükü gödəkçələri ideal düz tikişlərə malik olmalıdırlar. İplər rəngi eyni, elastik və möhkəm olmalıdırlar. Düzgün tikilmiş gödəkçədə, pərğunun yerdəyişməsi olmur.

Parça

Bir qayda olaraq, belə gödəkçələrdə suya davamlı sintetik parçadan istifadə edilir. Pərğu yüngül material olduğundan, nəm olan zaman yığılır. Adətən poliester və neylondan istifadə olunur. Pambıq materialdan da istifadə olunur. Baxmayaraq ki, onlar xüsusi texnologiya ilə hazırlanır, pambıq parçaya üstünlük verməməyiniz daha yaxşı olardı.

Furnitur (yardımçı materiallar)

Kişi geyimində istifadə olunan furnitur dözümlü materialdan olmalıdır. Plastik sürgünün olması müsbət hal deyil. Adətən furniturların üstündə firmanın logosu olur. Əgər gödəkçədə düymələr vardırsa, onlar eyni ölçü, rəngdə olmalıdırlar. Müasir qaz tükü gödəkçələrdə süni və ya təbii xəzdən istifadə olunur.

Çəki

Gödəkçənin çəkisi nə qədər az olarsa, bir o qədər çox isti saxlayacaq. Bilin ki, burada əsas elastiklik göstəricisidir. Elastikliyin çox olması gödəkçənin daha isti olmasına ekvivalentdir. 500 qr pərğu yetərli çəkidir.

Rəng

Bugün gödəkçələr müxtəlif rənglərdə olurlar. Bilin ki, ağ gödəkçələr tez çirklənəcək və kimyəvi təmizləmə tələb edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir