Tixo Braqe

9 dahini öldürən 9 axmaq hərəkət – MARAQLI

Baxış sayı: 1. 701

Bəşəriyyətin, ən azından müasirlərinin həyatında müəyyən dəyişikliklər edə bilən dahilər bəzən çox axmaq hərəkətləri ilə diqqət çəkiblər. Bu cür hadisələrin sonu isə bəzən ölümlə nəticələnib.9 dahinin ölümünə səbəb olan 9 axmaq hərəkət aşağıdakılardır:

1. Antik yunan filosofu Hrisipi isə gülüş öldürüb. Öz sərxoş uzunqulağının əncir yemək cəhdlərini izləyən filosof aramsız gülməkdən ölüb.

2. ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox isti olduğu üçün çoxlu dondurma yeyən prezident az sonra bunun fəsadları ilə üzləşir. Mədəsində kəskin ağırlar başlayan Teylor 5 gün ərzində ölür. O, yalnız 16 ay ölkə başçısı postunda qalır.

3. ABŞ-da məşhur “Pinkerton” xəfiyyə agentliyi yaradan Allan Pinkerton yol keçərkən öz dilini dişləyib. Dilində qanqrena başlayan xəfiyyə çox keçmədən keçinib.

4. Fransız müğənni Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

5. Ötən əsrin 70-ci illərində səhər qaçışı ilə bağlı yazdığı “Qaçış barədə hər şey” bestsellerinin müəllifi Cim Foks təklif etdiyi yeni qaçış növünü sınaqdan keçirərkən ürək tutmasından vəfat edib.

6. XX əsrin ən populyar sehrbazı və illüzionisti Harri Qudini də öz axmaqlığının qurbanı olub. Qudini əzələ presinin möhkəmliyini göstərmək üçün yoldan keçən təsadüfi insanlara ona yumruq zərbələri vurmağa imkan verirdi. Az sonra tanınmış sehrbaz daxili orqanlarının zədələnməsi diaqnozu ilə xəstəxanada vəfat edir.

7. XVII əsrin saray bəstəkarı Jan Batist Lülli yaradıcılıq enerjisinin qurbanı olub. Növbəti konsert məşqlərinin birində o, əsəbiləşərək əlindəki əsa ilə ayağını deşir. Bir müddət sonra bəstəkar qan zəhərlənməsindən dünyasını dəyişir.

8. XVI əsrin tanınmış filosoflarından olan Frensis Bekon içi təmizlənmiş toyuqları qarla doldurmaq hobbisinə görə (o, hesab edirdi ki, ətin saxlanma müddətini uzatmaq üçün duz yerinə qardan da istifadə etmək olar) həyatını itirib. Eksperiment nəticəsində toyuqlar donmasa da, Frensis Bekonu don vurub və o ölüb.

9. İsaak Nyutonun cazibə qanunu kəşf etməsində böyük rolu olan XVI əsr astronomu Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən ağır təhqirlərdən sayılırdı. Mədəni və çəkingən insan olan Braqe ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra vəfat edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir