REKORD

Dünyanın ən qəribə rekordları – MARAQLI

Baxış sayı: 2. 170

Dünyanın ən qısa insanı, dünyanın ən yaşlı əkizləri, ən yüksəyə tullanan insan və s. bu kimi bir çox rekord artıq çoxlarını təəccübləndirmir. Ancaq indi oxuyacağınız rekordlar eşitdiyiniz, oxuduğunuz rekordlardan fərqlidir. Çünki bunlar dünyanın ən qəribə rekordları hesab olunur. Budur “Ginnessin Rekordlar Kitabı”na düşən ən qəribə rekordlardan bəziləri:

Üz baxımı rekordu – 28 iyul 2013-cü il tarixində Tayvanın paytaxtı Taybeydə 1,213 insan 10 dəqiqə ərzində üzlərinə üz baxımı maskası taxaraq dünya rekordu qırıblar.

– Ən uzun dırnaq: “Düşes” ləqəbli Kris Valton illərdir ən uzun dırnaq rekordunu əlində saxlayır. Onun 18 ildir uzatdığı sol əlinin dırnaqlarının ümumi uzunluğu 3 metr, sağ əlinin dırnaqları isə 2.92 metrdir.

– Çənbər fırlatma rekordu: Tailandın paytaxtı Banqkokda 4,483 nəfər 7 dəqiqə ərzində çənbər fırladaraq “Ginnesin Rekordlar kitabı” girməyi bacarıb. Rekord fevral ayında Banqkok Thammasat Universitetinin stadionunda həyata keçirilib.

– Ən çox qaşıq: “İnsan Bədənindəki Ən Çox Qaşıq” rekordunun sahibi Gürcüstan vətəndaşı həmyerlimiz Etibar Elçiyevdir. Etibar bədəninə 50 metal qaşığı maqnitləyərək yerləşdirməyi bacarıb.

– Qarda uzun müddət qalma rekordu: Bu qəribə rekord çinli Jin Sonqhaoya aiddir. Sonqhao 2011-ci ilin yanvar ayında bədənini tamamilə qarla örtərək 46 dəqiqə 7 saniyə dayanaraq adını rekordlar kitabına yazdırmağı bacarıb.

– Ən böyük plov: Kosta Rikada 52 nəfər aşpaz 1 ton 360 kq ağırlığında “kanton” üsulu plov bişirərək rekorda imza atıblar. Plov 7 minə yaxın insanı doyuzdurub.

– Mişarla janqlyorluq (müəyyən bir sayda nəsnəni havada atıb tutan və bu əsnada ən azı bir ədəd nəsnənin hərəkət halında (havada) olmasını təmin edən sirk və ya səhnə sənəti) rekordu: 2009-cu ilin iyununda slovakiyalı Milan Roskopf adlı şəxs 3 ədəd elektrik mişarını 62 dəfə əlində bir janqlyor kimi çevirərək öz rekordunu yeniləyib. Qeyd edək ki, Roskopf əvvəlki rekordunda mişarı 35 dəfə çevirmişdi.

– Ən ağır soğan: “Dünyanın ən ağır soğanı” rekordu 2011-ci ilin sentyabr ayında ingilis Pete Qlazebrok tərəfindən qırılıb. Qlazebrokun yetişdirdiyi soğanın ağırlığı isə 7,7 kiloqram olub.

– Arılardan paltar: Çinli arıçı Şe Pinq bədənini 33 kq ağırlığında 331 min arı ilə əhatə edərək rekordlar kitabına adını yazdırıb. Bundan əvvəlki rekordun sahibi isə 26 kq ağırlığındakı arını bədənində daşıya bilmişdi.

– Çətirlə edilən ən böyük pazl: Çinin Qinqdao çimərliyində 900 ədəd çətir vasitəsilə əjdaha fiquru yaradılıb. Bu fiqur “çətirlə edilən ən böyük pazl” adı ilə rekordlar kitabına düşüb.

– Ən uzun “mogikan” saç forması – Yapon moda dizayneri Kazuhiro Vatanabe “ən uzun mogikan modeli saç” (kənarı qırxılmış saç modeli) rekordu ilə tanınır. Vatanabenin saçı 2012-ci ilin sentyabr ayında 1,13 metr uzunluğunda olub.

– Ən böyük bayraq rekordu: Dünyanın ən böyük bayraq rekordu Romaya aiddir. May ayında Buxarest yaxınlığındakı Clincenide sərgilənən bu bayrağın uzunluğu 350 metr, eni isə 225 metr olub.

– Ən iri akvarium rekordu: Sinqapurda bir otelin içərisindəki akvarium iki sahədə “Ginnessin Dünya Rekordları kitabı”na girməyi bacarıb. Akvarium içərisindəki 800 növ 80,000 dəniz canlısı və 42.9 milyon litr su ilə “dünyanın ən böyük akvariumu” rekordunu qırıb. Bundan əlavə akvarium insanların görə biləcəyi dünyanın ən geniş vitrini rekorduna da sahibdir.

– “Sumo güləşçisi” birliyi: 2010-cu ilin iyun ayında Londondakı Battersea Parkında bir xeyriyyə kampaniyası üçün toplanan sumo güləşçisi kostyumlu insanlar bu sahədə bir rekorda imza atıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir