Müasir dövrdə ailə həyatının əbədi olacağına inam qalmayıb. Toydan bir neçə ay sonra boşanan cütlüklər artıq heç kimi təəccübləndirmir. “Hopes & Fears” nəşri dünyanın bəzi böyük şəhərlərində evliliklərin ömrünü və boşanmaların statistikasını araşdırıb.
“Gencaile.az” “Publika.az”-a istinadən sözügedən nəşrin araşdırmasını təqdim edir:
1. İtaliya – Roma: 15 -18 il. Statistikaya görə Romada ayrılıq və boşanmalar 2010-ci ildən bəri 30 faiz artıb. Hər 1000 evliliyin 45 faizi boşanma ilə bitir. Buna baxmayaraq, İtaliya evliliyin ən uzun davam etdiyi ölkə olaraq siyahıya liderlik edir.
2. Kanada – Ottava: 13 il. Statistikaya görə, Ottavada evlilik həyatı orta hesabla 13 il davam edir. “Hopes & Fears” nəşrinin araşdırmasına görə, son illərdə bu ölkədə də boşanmaların sayı artıb.
3. Fransa – Paris: 13 il. Aşiqlər şəhəri kimi tanınan Parisdə belə, boşanmaların sayı getdikcə çoxalır. Statistikaya əsasən, bu şəhərdə boşanmalar 55 faiz təşkil edir.
4. ABŞ – Nyu-York: 12 il. Səhiyyə Nazirliyinin açıqlamasına görə, Nyu-Yorkda ailənin ömrü orta hesabla 12 il çəkir. Digər əyalətlərdə isə evlilik həyatı maksimum 10 -14 il arasında dəyişir.
5. Meksika – Mexiko: 12 il. Mexikoda izdivaclar orta hesabla 12 il davam edir. Boşanma halları yalnız 15 faizdir, amma aparılan araşdırmalara görə, cütlüklər ümumilikdə evliliyin 2-ci ilində ayrılırlar. 2011-ci ildə isə Meksika hökuməti cütlüklərin boşanmasını yüngülləşdirmək üçün müvəqqəti lisenziya tərtib edib.
6. Yaponiya – Tokio: 11 il. Statistikaya görə, Tokioda evlilik həyatı orta hesabla 11 ili keçmir. Boşanma halları isə hər il daha da çoxalır. Üstəlik, tənha insanlar üçün seminarlar da təşkil olunur.
7. Afrika – Qautenq: 11 il. Cənubi Afrikada boşanmalar yaşa görə dəyişir. Məsələn, kişilər 40 ilə 44 yaş arasında, qadınlar isə 30 ilə 35 yaş arasında boşanırlar. Orta hesabla evliliyin ömrü 11 ildir. Boşanma halları isə 31 faiz təşkil edir.
8. Avstraliya – Sidney: 8 il. Avstraliyadakı Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, 2011-ci ildən bəri cütlüklərin boşanma halları çoxalıb. Ancaq eyni zamanda uşaqlarına görə boşanmayan ailələr də çoxdur. Burada cütlüklər, əsasən uşaqları böyüdükdən sonra, yəni təxminən 20 il sonra ayrılırlar.
9. İngiltərə – London: Londonda evlilik maksimum 4 və 8 il davam edir.
10. Qətər – Doha: 5 il. Dohadakı boşanma halları 38 faizdir. Evlilik ömrü isə 5 ildir. Cütlüklərin 60 faizi ilk 5 il ərzində boşanırlar.