maska

Heyva dənəsi, portağal, limon… – Dəriyə faydalı maskalar

Baxış sayı: 1. 236

Dəri problemləri yaşayırsınızsa, evinizdə təbii vasitələrdən hazırlayacağınız bu reseptlər həyatınızı qurtaracaq.

Mütəxəssislər portağal, qatıq və heyva dənələri kimi ərzaqlarla hazırlanan təbii maskaların ləkələri apararaq, dərini gözəlləşdirdiyini deyir.

Hazır qidalar, soyuq havalar və irəliləyən yaşla birlikdə dəridə ortaya çıxan problemlər qaçılmaz olur. “Gencaile.az” Aile.lent.az-a istinadən ləkə, sızanaq və dəri korlanmalarına qarşı effektli reseptləri təqdim edir.

Qatıq

Qatığın tərkibində olan laktik asidin ağardıcı təsiri var. Eyni zamanda sızanaqların səbəb olduğu qızartıların azalmasına yardımçı olur. Bir miqdar qatığa 4-5 damcı limon suyu və 1 çay qaşığı qədər toz yulaf əzməsi əlavə edin. Dərinizdə 15 dəqiqə saxlayın. Bu maskanı ləkələr azalana, sızanaqlar sağalana qədər hər gün edə bilərsiniz.

Heyva dənələri

2 yemək qaşığı heyva dənələrini qaynadıb süzün. Bu su ilə səhər-axşam üzünüzü yuyun.

Portağal qarışımı

Tərkibindəki C vitamini elastin və kollagen ifrazını artıraraq sızanaq sonrası ləkə və yaraların yaranmasının qarşısını alır. Maskanın ağardıcı təsirinin daha güclü olmasını istəyirsinizsə, 1 ədəd portağal suyunu 1 çay qaşığı qədər sarıköklə qarışdırın. 20 dəqiqə üzünüzdə saxlayın, ilıq su ilə yuyun. Həftədə 2 dəfə tətbiq edin.

Limon qarışımı

C vitamini ilə zəngin limon turşu tərkibi ilə ləkələrin getməsinə yardım edir. Limon suyunu bir parça pambığa sıxıb birbaşa ləkələrin üzərinə sürtə bilərsiniz. Tamamilə qurumasını gözlədikdən sonra su ilə durulayın.

Soda qarışımı

1 çay qaşığı soda ilə 2 çay qaşığı suyu qarışdırın. Üzünüzə sürtün və 5 dəqiqə gözləyin. Durulayın. Sızanaqlara sürtməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir