AİLƏ SAATI – Psixoloq Məsləhəti

Baxış sayı: 1. 471

Həyatda hər şeyə bir əvəz ödəyərək sahib oluruq. Ancaq nədənsə, ailə səadətini həmişə taleyimizlə əlaqələndiririk. Biri ailə qurub bədbəxt olsa, bütün günahları taledə, qədərdə, qismətdə görür. Məncə, bu fikir heç də doğru deyil. Xoşbəxtliyin bir əvəzi var və bu sizin ömrünüzdür. Bir ömür verirsiniz, ancaq ailə üzvlərinizin sayı qədər ömür sahibi olursunuz. Yaşanmış xoşbəxt illər, şirin xatirələr, yetişdirdiyiniz xeyirli övladlar səadətinizin ən gözəl nəticəsidir…. Sağlam ailəyə sahib olmaq üçün vacib etməli olduğumuz məqamlardan biri də ailə saatıdır. Biz bilirik ki, hər bir ailənin özünəməxsus “ailə qanunu “,” ailə saatı” olmalıdır. Sizin ailənin qayda-qanunları, bir yerdə keçirdiyiniz müəyyən saatları varmı? Yada salın , ötən həftə bütün ailə üzvlərinizi, hətta bələkdəki körpənizi dı nəzərə almaqla ailənizlə neçə saatı bir yerdə keçirdiniz? Övladlarınızla bir yerdə, zövqlə bəzədilmiş çay süfrəsi arxasında necə zaman keçirdiniz? Siz ciddi bir mövzudan bəhs edərkən balaca qızınız deqiqə başı “ata” ,”ana” deyə sözünüzü kəsdimi? Masaya dağılan çayı sakitcə təmizləyərək uşaqlarınızın qəlbində “nə şəfqətli anamız var”,- deyə fikir yaratdınızmı? Bütün bunlar gələcəkdə ən gözəl xatirələr kimi həkk olunacaq yaddaşlarınıza. Biz bunları yaşamasaq xatirələrimiz də olmaz. Atalara gəlincə… “Axşam işdən çıxan kimi evə gelirəm! Bütün vaxtımı evdə keçirirəm”, deməyin, əziz atalar! Evdə olmaq heç də ailənizlə bir yerdə olmaq deyil.Sizin üçün çox da əhəmmiyyətli olmasa da, qızınız imtahandan 5 aldığını göstərmək istəyir. Oğlunuz futbolda qazandığı uğurundan danışmaq istəyir… Axı bütün bunlar sizin üçün niyə əhəmiyyətli olmamalıdır ki? Uşaqlarınız sizin həyatınızın qayəsi deyilmi? Hətta balaca körpənizin də sizin qayğınıza nə qədər ehtiyacı olduğunu görmək üçün qucağınıza alıb onu bərk – bərk öpün. Şirin – şirin qığıldayıb gülümsəyərək cavab verəcək sizə. Bu gözəllikləri görməməzliyə vuraraq , xatirələrinizi öz əllərinizlə məhv etməyin. Bəzən xanımlarda özlərini təmizlik xəstəsinə çevirirlər. Oranı sil, buranı təmizlə… Birdə baxırlar ki, həyat yoldaşı qarşısındakı çayı yarımçıq qoyub, gedib yatmağa… Uşaqların hərəsi bir tərəfdə yuxulayıblar… Belə bir axşamın hansı gözəl xatirəsindən bəhs etmək olar? Vaxtdan səmərəli istifadə edə bilmədiyiniz üçün, gözəl xatirələr əldə edə bilmə imkanınızı da bir -iki bulaşıq stəkana qurban verirsiniz. Elə isə, hər şeyi bir yerdə etməyə, həyatı ailənizlə birlikdə yaşamağa alışdırın özünüzü. Ailədə hamı bir – birinin evə gedib gəldiyi saatları bilməlidir. Bütün ailə üzvləri eyni süfrə başına yığışıb, yeməyi bir yerdə yeməlidirler. Ata işi ilə bağlı axşam yeməyində evdə olmasa belə, ana uşaqlarını bir süfrə başına toplayıb birlikdə şam etməlidir. Yuxu saatlarında da uyğunluq şərtdir. Xanımı yatdığı halda, səhərə qədər televizora baxan bir kişi və ya həyat yoldaşı yatdığı halda televizor qarşısında əyləşib serial izləyən bir qadın ailə səadətini nə qədər təhlükə altına atdığını təsəvvür etmək istəmir bəlkə də… Kimin nə vaxt gedib, nə vaxt gəldiyinin məlum olmadığı, qarnı acanın mətbəxdə qarnını doyurduğu, istəyənin yatıb, istəyənin yuxusuz qaldığı bir evə ev demək olar, yoxsa otel? Buyurun, özünüz qərar verin….




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir