makyaj

Makyajsız gözəl görünməyin – Qaydaları

Baxış sayı: 1. 374

Makiyajsız gözəl görünmək istəyirsinizsə aşağıdakılara diqqət etmək lazımdır.

Yuxunuza diqqət edin!

Normal yuxunu yatmaq çox önəmlidir. Yorğunluq insanın üzünün sallanmasına, gözlərin solğun görünməsinə səbəb olur. Buna görə də yuxusuz qalmamağa çalışın.

Üzünüzü soyuq su ilə yuyun!

Üzü soyuq su ilə yumaq dərinin canlanmasına səbəb olur. Soyuq su eyni zamanda üzədə olan yorğunluğu da aradan qaldırır.

Dərinizi nəmləndirin!

Dərinizi hər zaman nəmləndirin, bu zaman dəri elastikliyini itirməyəcək və canlı görünəcək.

Bol su için!

Az su qəbul etdiyinizdə bədəndəki su-duz mübadiləsi pozulur. Bol su içmək çox önəmlidir.

Günəşdən qorunun!

Günəşdən qorunmaq dərinin cavan qalması üçün çox önəmlidir, ən az 15 SPF faktorlu günəş kremlərindən istifadə edin.

Qaşlarınızı unutmayın!

Qaşlarımız üzümüzün gözəl görünməsində çox önəmli rol oynayır. Onların dağınıq olması gözlərin, göz dərisinin və dodaqların görünüşünə təsir edir. Qaşlarınızı həmişə səliqədə saxlayın.